Foto: açıq mənbə
Rusiya “Telegram” və “WhatsApp” messencerlərində zəngləri bloklamağa başlayıb.
Bu barədə məlumatı Rusiyada kommunikasiyalara nəzarət edən dövlət qurumu “Roskomnadzor” təsdiqləyib.
Qurum bildirib ki, bunu “dələduzlara qarşı mübarizə aparmaq” məqsədilə edirlər.
“Cinayətkarlarla mübarizə aparmaq məqsədilə, hüquq-mühafizə orqanlarının materiallarına əsasən, bu xarici messencerlərdə zənglərin qismən məhdudlaşdırılması tədbirləri görülür. Onların funksionallığının digər hissələrinə heç bir məhdudiyyət tətbiq olunmur,” – açıqlamada deyilir.
Qurum əlavə olaraq iddia edib ki, sözügedən messencerlər “aldatma və pul qoparma, həmçinin Rusiya vətəndaşlarını diversiya və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə” çevrilib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, messencerlər Rusiya qanunvericiliyinin tələblərinə əməl edəcəkləri halda zənglərə giriş bərpa olunacaq.
Qurumun məlumatına görə, şirkətlər xüsusilə “yalnız kütləvi dələduzluq halları üzrə deyil, həm də Rusiya Federasiyası ərazisində terror aktlarının planlaşdırılması və törədilməsi faktları ilə bağlı hüquq-mühafizə orqanlarının sorğularına cavab olaraq məlumat təqdim etmir.”
İyulun sonunda “Vahid Rusiya” partiyasının deputatı və Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Gorelkin Telegram-da yazıb: “WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtı çatıb.”
Gorelkin bildirib ki, WhatsApp-ın əvəzinə rusiyalılara milli messencer “Max”dan istifadə təklif olunacaq. Orada qeydiyyat “Gosuslugi” vasitəsilə aparılacaq ki, bu da dövlətin nəzarətini göstərir. Mütəxəssislər qeyd edirlər ki, Rusiya güc strukturları təkcə yazışmalara deyil, həm də telefondakı digər məlumatlara da çıxış əldə edə biləcəklər.
İyulun sonunda Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin demişdi ki, “WhatsApp”ın Rusiya bazarını “tərk etməsinin vaxtı çatıb”.
O, həmçinin, bildirib ki, “WhatsApp”ın əvəzinə rusiyalılara milli messencer olan “Max”dan istifadə təklif olunacaq. Orada isə qeydiyyat Rusiyanın dövlət reyesteri “Gosuslugi” vasitəsilə aparılacaq ki, bu da dövlətin nəzarətini göstərir.
Mütəxəssislər qeyd edirlər ki, Rusiya güc strukturları bununla təkcə yazışmalara deyil, həm də telefondakı digər məlumatlara da çıxış əldə edə biləcəklər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Sergei Kiselev/ Moskva News Agency
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir
Foto: Shutterstock
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?