Foto: Sergei Kiselev/ Moskva News Agency
Moskvanın Meşçanski Məhkəməsi bloger İlya Varlamovu “Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda və xarici agent kimi fəaliyyətdə” ittiham edib.
Məhkəmə onu qiyabi olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Əlavə olaraq, məhkəmə ona 99,5 milyon rubl cərimə cəzası kəsib.
Cinayət işi Varlamovun 23 noyabr 2023-cü il tarixli, Rusiya qoşunlarının Krivoy Roq və Odessa şəhərlərini atəşə tutmasından bəhs edən “YouTube” videosu ilə əlaqədar açılıb.
Onun həm də “xarici agentlər” haqda qanunvericiliyi 19 dəfə pozduğu iddia edilib.
“Mən nə etmişəm ki? Deyirlər ki, ordu haqqında yalan xəbərlər yaymışam. Deyirlər ki, Müdafiə Nazirliyinin mətbuat relizlərini kifayət qədər diqqətlə oxumamışam və indi vətənim məndən oturub davranışımı düşünməyimi istəyir! Nə deyə bilərəm? Belə xırdalıqlara görə kədərlənməyə dəyməz, elə deyilmi? Təəssüf ki, bu gün hökmün oxunmasında iştirak edə bilmədim. Amma orada mənim iştirakım olmadan da əla iş görüblər,” – Varlamov “Facebook”-da yazıb.
Onun sözlərinə görə, planlarına “Rusiya həbsxanasında oturmaq” daxil olmayıb. “Həmişə demişəm ki, meşəni kəsməkdənsə qucaqlamaq yaxşıdır. Ona görə də bir müddət xarici diyarda ağaclara, ağcaqayınlara tamaşa edəcəyəm. Hər şey yaxşı olacaq,” – deyə bloger qeyd edib.
İlya Varlamov Rusiya ordusunun Ukraynaya qarşı genişmiqyaslı işğalına başlanandan sonra Rusiyanı tərk edib və müharibə əleyhinə mövqe tutur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir
Foto: Shutterstock
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?