Foto: Reuters
Rusiya hərbçiləri iyulun 29-na keçən gecə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib.
Nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
İlkin məlumatlara görə, zərbələr idarə olunan aviabombalardan istifadə edilməklə həyata keçirilib.
"Zərərçəkənlərə bütün zəruri tibbi yardım göstərilir. Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - deyə o yazıb.
Prezident aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, “bu, rusların növbəti hərbi cinayətidir, onların qarşısı alınmasa, dayanmayacaqlar”.
Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Sinelnikov rayonundakı kəndə zərbələr endirmək üçün dronlardan da istifadə ediblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülərkən xilasedicilər yenidən xəsarət alıb, yanğınsöndürən maşın isə sıradan çıxıb.
Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Sinelnıkovov rayonunda bir neçə yaşayış məntəqəsi vurulub, hücum nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Beş fərdi yaşayış evi, inzibati bina, mağazalar, yanacaqdoldurma məntəqəsi və avtomobillərə ziyan dəyib.
Kamyanske şəhərinə endirilən raket zərbəsi nəticəsində şəhər xəstəxanasının üçmərtəbəli binasına, həmçinin doğum evinə ziyan dəyib. İki nəfər həlak olub, daha beş nəfər yaralanıb. "İki qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir", - Lısak deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: Getty Images
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?