Dünya

Rusiyanın Ukraynada müharibəyə başlamasından 4 il ötür

24 Fevral, 2026
92

Foto: AFP/Getty Images

Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından 4 il ötür. 

Londonda mənzillənən Krallığın Birləşmiş Xidmətlər İnstitutunun araşdırmasına görə, Kreml “Xüsusi Hərbi Əməliyyat” adlandırdığı müharibəyə başladığı zaman ordunun Ukraynanı cəmi 10 günə ələ keçirəcəyini gözləyirdi.

Halbuki 2022-ci ilin martında Rusiya Ukraynanın 27%-inə nəzarət edirdisə, 4 ildən sonra bu rəqəm 20%-ə düşüb. 

Rusiyada informasiyaya çıxışın ciddi nəzarət altında saxlanıldığı şəraitdə müharibənin real itkiləri cəmiyyətdən gizlədilir. Rəsmi statistika ictimaiyyətə açıqlanmır və ya məhdud şəkildə təqdim olunur.
Bununla belə, açıq mənbələr, müstəqil araşdırmalar və beynəlxalq analitik mərkəzlərin hesablamaları itkilərin miqyasının son dərəcə yüksək olduğunu göstərir. 

Müstəqil "Mediazona" nəşri BBC-nin rus xidməti ilə birlikdə 4 il ərzində ən az 200,186 rus hərbçinin ölümünü təsdiqləyib. Ölənlərin 75 mindən çoxu 30-41 yaş arasındadır. 

ABŞ-də mənzillənən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi isə hesab edir ki, müharibə başlayandan bəri Rusiya tərəfdən ən az 325 min, Ukrayna tərəfdən isə ən az 140 min nəfər ölüb.

Ukrayna prezidenti Volodimir Zelenski isə bu ayın əvvəlində 55 min ukraynalı əsgərin öldüyünü deyib.

Ötən il ABŞ-də özünü sülh qurucusu adlandıran Donald Trampın hakimiyyətə gəlməsi ilə Rusiya-Ukrayna danışıqlarında da canlanma yarandı, lakin hələ də ciddi irəliləyiş yoxdur. 

Tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə təkcə bu il iki dəfə Əbu-Dabidə, bir həftə öncə isə Cenevrədə danışıqlar baş tutub. 

Lakin Rusiya tərəfi işğal altındakı Ukrayna ərazilərini özündə saxlamaqda inad etdiyinə görə, danışıqlar nəticə verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

"Reuters": 'ABŞ-İran razılaşmasında İrana 300 milyardlıq sərmayə nəzərdə tutulub' 

17 İyun 2026

Reuters

ABŞ və İran arasında imzalanacaq, lakin mətni hələ açıqlanmayan razılaşmada İrana 300 milyard ABŞ dolları dəyərində özəl sərmayə yatırımının nəzərdə tutulduğu bildirilir.  Bu barədə iyunun 17-də "Reuters" agentliyi adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.  Məlumata görə, razılaşmanın tərkib hissəsi kimi 300 milyard dollarlıq fond yaradılacaq və bütün vəsait özəl sektor hesabına yığılacaq. Artıq sərmayənin yarısı ilə bağlı konkret öhdəliklər götürüldüyü də bildirilir.  Mənbə konkret şirkət adları çəkməsə də, ABŞ, Fars Körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrikada yerləşən şirkətlərin sərmayə ayırmağa razılıq verdiyini bildirib. O əlavə edib ki, vəd edilmiş investisiyalar enerji, logistika, istehsal və nəqliyyat sahələrini əhatə edəcək.  İran...
Dünya

Siyasi karikaturaları ilə tanınan rusiyalı rəssam Polşada öldürülüb

16 İyun 2026

Sosial media

Polşanın Byala Podlyaska şəhərində rusiyalı rəssam Semyon Skrepetski silahlı hücum nəticəsində qətlə yetirilib. Hadisə barədə yerli polisə istinadən “Onet” və “Polsat News” nəşrləri məlumat yayıb. Bildirilir ki, silahlı şəxs avtomobil dayanacağında ona yaxınlaşaraq yaxın məsafədən bir neçə dəfə atəş açıb. Şübhəlilərdən biri Byala Podlyaskadakı Belarus konsulluğunun yaxınlığında saxlanılıb.  “DzikMedia” isə iddia edir ki, qətli törədən şəxslər hadisə yerinə Belarusdan olan taksi sürücüsü tərəfindən gətirilib. Polşa Prokurorluğunun mətbuat xidməti qətl hadisəsinin baş verdiyini təsdiqləsə də, onun kimliyini açıqlamayıb. Semyon Skrepetski rusiyalı rəssam Robert Kuzovkovun yaradıcılıq təxəllüsüdür. O, siyasi karikaturaları ilə tanınıb. Skrepetski Vladimir Putin, Aleksey Navalnı, Ramzan Kadırov və Aleksandr Lukaşenko...

Seçilmiş Videolar

Toplum TV loqo