imago.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da təqsirləndirildiyi cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana ittiham irəli sürülüb.
Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yerli mətbuata məlumat verilib.
Sarkisyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət alma, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə təqsirləndirilir.
Həmçinin Serj Sarkisyan barəsində ölkədən çıxışa qadağa qətimkan tədbiri tətbiq edilib.
Bundan əvvəl Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb.
Ermənistanın keçmiş prezidenti, “Ermənistan” alyansının lideri Robert Koçaryan avqustun 25-də korrupsiya cinayət işi çərçivəsində saxlanılıb. Bundan əvvəl onun və oğlu, deputat Levon Koçaryanın evində axtarış aparılıb.
Daha doqquz şəxs barəsində də cinayət təqibinə başlanılıb. Onların arasında Robert Koçaryanın oğlu Sedrak Koçaryan, Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, Yerevanın keçmiş meri Qagik Beqlaryan, “Local Developers” MMC-nin iştirakçısı Samvel Mayrapetyan, Kond malikanələri təsərrüfatının direktoru vəzifəsində çalışmış Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı var.
Cinayət işi çərçivəsində “Orange Fitness” idman klubunda, “Play City” əyləncə mərkəzində, eləcə də bu şirkətlərin direktorlarının mənzillərində istintaq və digər prosessual hərəkətlər həyata keçirilib. Koçaryan ailəsinin həmin şirkətlərdə paylarının olduğu bildirilir.
Sarkisyan barəsində əvvəllər də ölkədən çıxış məhdudiyyəti tətbiq olunub, lakin həmin qadağa 2026-cı ilin fevralında məhkəmə tərəfindən ləğv edilib. Avqustun 26-da açıqlanan qərar isə yeni cinayət işi çərçivəsində tətbiq olunan qətimkan tədbiridir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib