Rəsmi Budapeşt: “Rusiyanın hərəkətləri Macarıstan və Avropa üçün təhlükədir”
sosial media
Rəsmi Budapeşt Rusiyanı Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə hesab etdiyini açıqlayıb.
Bu mövqe Macarıstan hökumətinin sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək nümayəndə heyəti üçün hazırladığı təlimatda əksini tapıb.
Baş nazir Peter Magyarın imzaladığı sənəd avqustun 25-də Macarıstanın rəsmi “Magyar Közlöny” nəşrində dərc olunub.
“Macarıstan Rusiyanın hərbi təcavüzünü pisləyir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, həmçinin Ukraynanın özünümüdafiə hüququnu tanıyır”, - sənəddə bildirilir.
Təlimatda Rusiyanın hərəkətlərinin Zakarpatyada yaşayan macar azlığını ciddi risk altında qoyduğu qeyd olunur.
Budapeşt dayanıqlı sülhə və uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq üçün danışıqların başlanmasına yönəlmiş səyləri dəstəklədiyini bildirir.
İyulun ortalarında Macarıstanın müdafiə naziri Romuluş Rusin-Sendi ölkəsinin Rusiya qarşısında “qapını bağladığını” və müttəfiqləri ilə etimadı bərpa etməli olduğunu bildirmişdi. O, Rusiya kəşfiyyatının ölkəyə “arxa qapıdan daxil olmağa çalışdığını” da demişdi.
Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumət isə Moskva ilə yaxın münasibətləri ilə seçilirdi. Orban hökuməti Avropa İttifaqının Rusiyaya qarşı bəzi sanksiyalarına mane olur, Kiyevi tənqid edir və Ukraynaya yardım paketlərinin qəbuluna qarşı çıxırdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
imago.
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib