sosial media
Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov saxlanma şəraiti və səhhətindən şikayət etməyə davam edir.
Bu barədə avqustun 26-da ictimai fəal Əmrah Təhməzov tədqiqatçıya istinadən məlumat yayıb.
"Məni cəmi 6 addımlıq otaqda saxlayırlar. Bir insan 1 il ərzində televizorsuz nə qədər belə dar otaqda yaşaya bilər? Bunların məqsədi məni psixoloji, həm də fiziki məhv etməkdir", - B.Səmədov bildirib.
Fəal xatırladıb ki, bir müddət əvvəl həbsxanada onu gözündəki problemlə bağlı oftalmoloq müayinə edib, lakin sadəcə göz damcısı verməklə kifayətlənib. Onun sözlərinə görə, oftalmoloq da onun bu cür şəraitdə saxlanılmasının görmə qabiliyyəti üçün pis olduğunu deyib.
B.Səmədov əlavə edib ki, bu yaxınlarda dərisindəki ekzema xəstəliyi ilə bağlı da onu müayinə etməyə həkim gəlib.
"Bəhruz deyib ki, bu gedişlə özünə xəsarət yetirəcək. Həkimin köməkçisi təsəlli vermək əvəzinə deyib ki, sənin qələmin itidir, qələmi iti olan adam özünə heç nə eləməz", - Ə.Təhməzov qeyd edib.
B.Səmədov əvvəllər də saxlanma şəraitinin pisliyindən və tibbi xidmətlərə çıxış imkanının məhdudluğundan şikayət edib. O, yetərincə Günəş şüası qəbul etmədiyinə görə dərisində ekzema xəstəliyinin gücləndiyini bildirib.
Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qərarı ilə B.Səmədov 1 il müddətinə qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülüb.
Mayın 21-də Ali Məhkəmə onun qapalı rejimli həbsxanaya köçürülməsindən verdiyi şikayəti təmin etməyib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə cəzalandırıldığını deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bəşir Süleymanlı: “Məhkəmə proseslərinin qərəzli şəkildə uzadıldığını düşünürəm”
sosial media
Həyat yoldaşı: “Ələsgər Məmmədlinin nəfəs darlığı və boğulma halları davam edir”
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib