Dünya

Serj Sarkisyana da ittiham irəli sürülüb

26 Avqust, 2026
23

imago.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da təqsirləndirildiyi cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana ittiham irəli sürülüb.
Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yerli mətbuata məlumat verilib.

Sarkisyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət alma, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə təqsirləndirilir.

Həmçinin Serj Sarkisyan barəsində ölkədən çıxışa qadağa qətimkan tədbiri tətbiq edilib. 

Bundan əvvəl Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb.

Ermənistanın keçmiş prezidenti, “Ermənistan” alyansının lideri Robert Koçaryan avqustun 25-də korrupsiya cinayət işi çərçivəsində saxlanılıb. Bundan əvvəl onun və oğlu, deputat Levon Koçaryanın evində axtarış aparılıb.

Daha doqquz şəxs barəsində də cinayət təqibinə başlanılıb. Onların arasında Robert Koçaryanın oğlu Sedrak Koçaryan, Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, Yerevanın keçmiş meri Qagik Beqlaryan, “Local Developers” MMC-nin iştirakçısı Samvel Mayrapetyan, Kond malikanələri təsərrüfatının direktoru vəzifəsində çalışmış Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı var.

Cinayət işi çərçivəsində “Orange Fitness” idman klubunda, “Play City” əyləncə mərkəzində, eləcə də bu şirkətlərin direktorlarının mənzillərində istintaq və digər prosessual hərəkətlər həyata keçirilib. Koçaryan ailəsinin həmin şirkətlərdə paylarının olduğu bildirilir.

Sarkisyan barəsində əvvəllər də ölkədən çıxış məhdudiyyəti tətbiq olunub, lakin həmin qadağa 2026-cı ilin fevralında məhkəmə tərəfindən ləğv edilib. Avqustun 26-da açıqlanan qərar isə yeni cinayət işi çərçivəsində tətbiq olunan qətimkan tədbiridir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Rəsmi Budapeşt: “Rusiyanın hərəkətləri Macarıstan və Avropa üçün təhlükədir”

26 Avqust 2026

sosial media

Rəsmi Budapeşt Rusiyanı Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə hesab etdiyini açıqlayıb. Bu mövqe Macarıstan hökumətinin sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək nümayəndə heyəti üçün hazırladığı təlimatda əksini tapıb. Baş nazir Peter Magyarın imzaladığı sənəd avqustun 25-də Macarıstanın rəsmi “Magyar Közlöny” nəşrində dərc olunub. “Macarıstan Rusiyanın hərbi təcavüzünü pisləyir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, həmçinin Ukraynanın özünümüdafiə hüququnu tanıyır”, - sənəddə bildirilir. Təlimatda Rusiyanın hərəkətlərinin Zakarpatyada yaşayan macar azlığını ciddi risk altında qoyduğu qeyd olunur. Budapeşt dayanıqlı sülhə və uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq üçün danışıqların başlanmasına yönəlmiş səyləri...
Dünya

Simonyan: “Ümid edirəm ki, Koçaryanla bağlı Rusiyadan zəng gəlməyəcək”

26 Avqust 2026

sosial media

“İndiyədək Robert Koçaryan məsələsi ilə bağlı Rusiyadan heç kim zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bunun mənası yoxdur”. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalının efirində bildirib. O qeyd edib ki, Koçaryan və onun siyasi qüvvəsinin səsləndirdiyi ritorika əsasən Moskvadan “danışan başlar” vasitəsilə səsləndirilən ritorika ilə üst-üstə düşür. Simonyan Robert Koçaryan və ailə üzvləri ilə bağlı aparılan axtarış və həbsləri parlamentdə “Ermənistan” alyansının deputatı, Robert Koçaryanın oğlu Levon Koçaryanla baş nazir Nikol Paşinyan arasında baş verən sözlü mübahisə ilə əlaqələndirmək cəhdlərini gülünc adlandırıb. “Bu, mümkün deyil. Robert Koçaryan və ailəsi ilə bağlı...

Seçilmiş Videolar

Toplum TV loqo