Dünya

Britaniya Rusiyanın kölgə donanmasının 30 tankerinə sanksiya tətbiq etdi

25 Noyabr, 2024
7

Noyabrın 25-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi (David Lammy) bəyan edib ki,  Britaniya hökuməti Rusiyanın kölgə donanmasının məhdudiyyətlərdən yayınaraq gizli neft ticarətilə məşğul olan 30 tankerinə, bu işlə əlaqəli şəxslərə və firmalara sanksiyalar tətbiq edib (BBC).

"Mən bu səhər Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiya paketini elan edirəm" – Lemmi G7 ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən iclasından əvvəl belə deyib.

"Çox vacibdri ki, “yeddilərin” bugünkü görüşündə G7-dəki bütün həmkarlarım bu işlər davam etdikcə Ukraynanın yanında olmağa hazır olduqlarını təsdiqləsinlər. Biz əmin olaq ki, 2025-ci ildə Ukrayna həm  maliyyə vəsaitlərilə, həm də hərbi texnika ilə təmin ediləcək . Bizim qiymətləndirmələrimizə görə, Putinin  danışıqlarda maraqlı olduğunu göstərən heç bir əlamət yoxdur. Biz ukraynalıları döyüş ləvazimatlarıyla  təmin etməliyik” deyə, Lemmi əlavə edib.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya ordusu Ukrayna şəhərlərini vurmağa davam edir

25 Noyabr 2024

bizim.media

Noyabrın 25-də Rusiya qoşunlarının Xarkova hücumu nəticəsində 23 nəfər yaralanıb, 40 evə və mülki infrastruktura ziyan dəyib. Regionun rəhbəri Oleq Sinegubov bildirib ki, yaralanalardan 14-ü xəstəxanaya yerləşdirilib (“Meduza”). Bu gün səhər saatlarında Rusiya hərbçiləri Odessaya da hücum ediblər, şəhərin mərkəzinə “İskəndər-M” ballistik raketi atılıb (https://t.me/odesa_prokuratura/775). Vilayət administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, 11 nəfər yaralanıb, bir qadının vəziyyəti ağırdır.    
Dünya

Tbilisidə parlament ilk iclasını keçirir, etirazçılar küçədə toplaşır

25 Noyabr 2024

Toplum TV

Bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclas keçirilir. Bakı vaxtı ilə 12:00-da başlayan iclas zamanı parlamentin spikeri, vitse-spikerİ, eləcə də komitə rəhbərləri seçiləcək. Toplum TV xəbər verir ki, ölkədə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb. Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçiriblər.  Polis parlament binasının xidməti girişlərinə aparan küçələri bağlayıb.  Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Rəsmi məlumata görə, seçkini 54 faiz səslə hakim "Gürcü arzusu" udub. 5 faizlik baryeri dörd müxalifət partiyası aşıb. Onlar seçkinin nəticələrini tanımaqdan, parlamentdə iştirakdan imtina ediblər. ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun...

Seçilmiş Videolar

Toplum TV loqo