Siyasət

Azər Qasımlı polisə çağırılıb

25 Noyabr, 2024
8

Facebook

Siyasi Menecment İnstitutunun  direktoru, politoloq Azər Qasımlı noyabrın 25-də saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

SMİ rəhbəri polisə çağrılmasının səbəbi haqda heç nə yazmayıb. 

Azər Qasımlı ötən cümə günü Avropaya səfərə çıxmaq istərkən hava limanında passport qeydiyyatında saxlanılıb. Ona Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğu deyilib. 

A.Qasımlı qadağanın səbəbini öyrənmək üçün Bakı şəhər Baş Polis İdarəsinə gedərək ərizə yazıb. O, Facebook hesabında COP29 başa çatdıqdan sonra şərlənərək həbs ediləcəyini bildirib.  

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı hakimiyyətin sərt tənqidçilərindəndir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmə Fərid Mehralızadənin şikayətini təmin etmədi

25 Noyabr 2024

amerikanınsəsi

Noyabrın 25-də Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş iqtisadçı Fərid Mehralızadənin şikayətinə baxıb. O, mənzilindəki axtarış zamanı və götürülmüş əşyalarına baxış prosesində istintaq orqanının hərəkətlərindən şikayət edib. Məhkəmə şikayəti təmin etməyib.  Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamıyla həbs edilib, sonradan ittihamların sayı artırılıb, sentyabrın 6-da həbs müddəti dekabrın 19-dək uzadılıb. Özü ittihamları uydurma adlandırır.   
Siyasət

Yerevanda gürcüstanlı fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar

25 Noyabr 2024

InterPress.ge

Yerevanda Gürcüstan vətəndaşı, tanınmış ictimai fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar (https://t.me/jamnewsru/20490).  O, WAW aviaşirkətinin Tbilisiyə uçan, amma pis hava şəraitinə görə Ermənistan paytaxtına enmiş təyyarəsində olub. Bayramova  sosial şəbəkədəki paylaşımında yazıb ki, sərhədçilər ona “Problem sənin milliyyətindir” deyiblər.  “Biz niyə bu münaqişənin bir hissəsi olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”, o sual edir.  Sonrakı paylaşımında isə Bayramova bunları yazıb: “Bəzi azərbaycanlı təbliğatçılar bu barədə yazırlar, amma  təəssüf ki, Azərbaycan tərəfi də etnik ermənilərə belə münasibət göstərir. Sualımı təkrarlayıram: biz niyə bu problemin bir hissəsi olmalıyıq?”      

Seçilmiş Videolar

Toplum TV loqo