Bakıdan almaniyalı nazirə cavab: “COP29-dan öz seçki kampaniyası üçün istifadə etməyə çalışır”
Newscenter
Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29-da iqlim dəyişikliyilə bağlı mübarizənin maliyyələşdirilməsi məsələsində Bakının mövqeyini haqsız hesab edib (Turan). Bu barədə o, X platformasında yazıb.
Avropa İttifaqının tarixi məsuliyyətlə üzləşdiyini bildirən nazir fikrini belə davam etdirir: “Biz imkan verməyəcəyik ki, yeni zəngin emitentlər Prezidentliyin dəstəyilə kasıb ölkələri qarət etsinlər".
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Almaniyanın nazirinə X platformasında cavab verib. O, COP29-un uğurla başa çatdığını bildirib: “və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyənləşdirilməsilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub”.
Prezidentin köməkçisi hesab edir ki, danışıqların ən kritik və çətin anlarında dünya Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər nazirinin COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.
“Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb, çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.
O həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq”, H.Hacıyev yazıb.
Prezidentin köməkçisi fikrini onunla yekunlaşdırıb ki, dünya Azərbaycanın COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi olaraq çıxış etdiyini görüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
amerikanınsəsi
InterPress.ge
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?