Məhkəmə

9 milyon manatlıq mənimsəmə iddiası, 12 illik həbs – TÜRKİYƏLİ İŞ ADAMINA HÖKM OXUNUB 

25 Noyabr, 2024
152

bizim.media

Bakı Ağır Cinayətlər Məhkəməsində bir ildən çoxdur məhkəməsi keçirilən türkiyəli iş adamı Mehmet Şahana hökm oxunub. O, THALES İnternational Western Counties B.V şirkətinin büdcəsindən 9 milyon manat civarında pul vəsaitini talamaqda təqsirləndirilirdi. 

Mehmet Şahan THALES Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb. 

Məhkəmənin gəldiyi qənaətə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib.

Mehmet Şahansa məhkəmədə ittihamları rədd edib. Bildirib ki, aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan THALES-in 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir, bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçulardan hesab olunur. Onun sözlərinə görə, Azərbaycandakı nümayəndəlik naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında isə “Azərbaycan hava yolları QSC”, Azərbaycan Respublikası Müdafiə nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliten QSC və sair qurumların olduğunu deyib.

“Baş ofis tərəfindən seçilən partnyor şirkət Modern Constraction Group  MMC tərəfindən tapılan bir neşə MMC ilə əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması üçün köçürülüb. O şirkətləri MCG MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, MCG THALES-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları MCG MMC-yə təqdim edirdilər. MCG MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik”, təqsirləndirilən şəxs məhkəmədə deyib. 

O, bununla bağlı bütün sənədlərin - şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təkliflərin ofisdə olduğunu bildirib: “Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə Baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər”. 

Mehmeh Şahan məhkəmənin diqqətinə çatdırıb ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib. 

“Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5000 avro kirayəhaqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə belə bir şirkətdən gizli 7 il işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”, M.Şahan sual edib. 

Məhkəmə isə hesab edib ki, Mehmet Şahanın bu ifadələri özünümüdafiə xarakterlidir. Noyabrın 25-də hakim onu 12 il müddətinə azadqlıdan məhrum edib. 

İş adamının vəkilləri məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər. 

2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeniylə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairənin görkəmli nümayəndəsidir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlı həbsdə qaldı

25 İyun 2025

Foto: Sosial media

İyunun 25-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub. "Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.  Hakim növbəti iclası iyulun 2-nə təyin edib.  Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb.  Özü ittihamı qəbul etmir. Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.
Məhkəmə

Ülviyyə Əli polisin protokolları saxtalaşdırdığını deyir 

25 İyun 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) polisin onu saxladığı və evində axtarış apardığı zaman tərtib edilən protokolların saxtalaşdırıldığını deyir.  Yaxınları bildirir ki, jurnalist bunu iyunun 24-də Xətai Rayon Məhkəməsində barəsindəki həbs qətimkan tədbirinin uzadılmasına baxılan prosesdə səsləndirib.  Ü.Əli deyib ki, saxlanıldığı və evində axtarış aparıldığı zaman polisin yol verdiyi müxtəlif qanunsuzluqlarla bağlı, polisin tərtib etdiyi protokollarda çoxsaylı qeydlər aparıb.  O, bunlara nümunə olaraq Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) zorakılıq və zorlanma təhdidi görməyini, evdə axtarışın vəkilsiz aparılmasını, özünün seçdiyi vəkillə təmin olunmamağını, müstəntiq Əlibala Hacıyev və polis əməkdaşlarının evdən tapdıqlarını iddia etdikləri pulu əlcəksiz saymalarını...

Seçilmiş Videolar

Toplum TV loqo