Noyabrın 25-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi (David Lammy) bəyan edib ki, Britaniya hökuməti Rusiyanın kölgə donanmasının məhdudiyyətlərdən yayınaraq gizli neft ticarətilə məşğul olan 30 tankerinə, bu işlə əlaqəli şəxslərə və firmalara sanksiyalar tətbiq edib (BBC).
"Mən bu səhər Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiya paketini elan edirəm" – Lemmi G7 ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən iclasından əvvəl belə deyib.
"Çox vacibdri ki, “yeddilərin” bugünkü görüşündə G7-dəki bütün həmkarlarım bu işlər davam etdikcə Ukraynanın yanında olmağa hazır olduqlarını təsdiqləsinlər. Biz əmin olaq ki, 2025-ci ildə Ukrayna həm maliyyə vəsaitlərilə, həm də hərbi texnika ilə təmin ediləcək . Bizim qiymətləndirmələrimizə görə, Putinin danışıqlarda maraqlı olduğunu göstərən heç bir əlamət yoxdur. Biz ukraynalıları döyüş ləvazimatlarıyla təmin etməliyik” deyə, Lemmi əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
bizim.media
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?