Dünya

Ukraynalıların çoxu hesab edir ki, Trampın qələbəsi sülhü yaxınlaşdırıb

27 Dekabr, 2024
15

açıq mənbədən götürülüb

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların demək olar ki, yarısı (45%) Donald Trampın prezident seçkilərindəki qələbəsinin sülhü yaxınlaşdırdığını düşünür (https://t.me/radiosvoboda/74115). 

Rəyi soruşulanların 15%-i sülh ehtimalının ciddi dərəcədə, 30%-i isə “müəyyən qədər” artıdığını deyib. Bununla belə, sülh sazişinin Ukrayna üçün tam ədalətli olacağına respondentlərin cəmi 7%-i əmindir, 11%-i isə sazişin tamamilə ədalətsiz olacağına inanır.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Vaşinqton Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq etdi

28 Dekabr 2024

The Tundra Drums

ABŞ Gürcü Arzusu Partiyasının qurucusu və fəxri sədri, oliqarx Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.  ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş qərarda bildirilir ki, səbəb İvanişvilinin birbaşa və ya dolayısıyla Rusiyanın maraqlarına uyğun hərəkət etməsidir.  Sənəddə həmçinin qeyd olunur ki, “Rusiya ilə əlaqəli şəxsə” – Bidzina İvanişviliyə və onun nəzarətində olan şirkətlərə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilir: “Məhdudiyyətlər İvanişvilinin birbaşa və ya dolayısıyla, fərdi və ya qrup halında, 50%-lik və ya daha çox hissəsinə nəzarət etməsindən asılı olmayaraq, ona məxsus hər hansı şirkətin iştirak edəcəyi bütün əməliyyatlara şamil edilir”. Qərar ABŞ Prezidenti Co Baydenin 15 aprel 2021-ci ildə...
Dünya

Suriyada Əsədə sadiq qüvvələrlə polis arasında toqquşma olub

26 Dekabr 2024

yahoo

Suriyanın yeni hakimiyyət orqanları Tartus əyalətindəki “Əsəd qüvvələrini” ordan sıxışdırıb çıxarmağa çalışırlar (https://www.bbc.com/russian/articles/ckgxzk41z8ko). Devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarıyla toqquşmada 14 polis həlak olub. İnsident haqqında “Heyəti Təhrir əş-Şam” islamçı qruplaşmasının rəhbərlik etdiyi keçid hökuməti məlumat yayıb. Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Əbdül Rəhman deyib ki, Əsədə sadiq qüvvələr hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşını pusquya salararaq öldürüblər, 10 polis isə yaralanıb. Suriyanın müvəqqəti hökuməti bildirib ki, “ölkənin təhlükəsizliyini pozmağa və ya vətəndaşların həyatını təhlükəyə atmağa” cəhd edən istənilən qüvvəyə qarşı sərt addımlar atacaq.

Seçilmiş Videolar

Toplum TV loqo