Yerevanda hökumət Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini imzalayıb
Caucasus Watch
Yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına üzvlük prosesini başlatmaqla bağlı qanun layihəsini təsdiqləyib.
AzadlıqRadiosu xəbər verir ki, sənəddə ayrıca "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir" deyə qeyd olunur.
"Avropa İttifaqı Ermənistanda demokratiyaya siyasi dəstəyini dəfələrlə ifadə edib, Ermənistanın təhlükəsizliyinin təmin olunmasında faktiki iştirakını bildirib", xarici işlər naziri Ararat Mirzoyan söyləyib.
Onun sözlərinə görə, "Ermənistan Aİ-nin mümkün saydığı dərəcədə ona yaxın olmağa hazırdır".
Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistanın Aİ-yə daxil olması barədə qərar ümumxalq səsverməsi yolu ilə veriləcək.
O bildirib ki, Ermənistanla Avropa İttifaqı "yol xəritəsi" hazırlamalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ZME Science
cnn.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?