“Qubad İbadoğlu ilə “İmam Hüseyn” məscidinin qarşısında görüşdük, mənə pul verdi”
Qubad İbadoğlu/şəxsi arxiv
İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.
Təqsirləndirilən şəxslərin hər ikisi də ötən il Qubad İbadoğluna görə həbs olunublar.
Ötən məhkəmə iclasında Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona saxta xarici əskinaslar verdiyini, ancaq əskinasların saxtalığından xəbəri olmadığını bildirmişdi.
Yanvarın 9-da o bildirib ki, Qubad İbadoğludan aldığı xarici əskinasların bir qisminin saxta olduğunu bilmədiyi üçün özünü həmin epizod üzrə təqsirli hesab etmir. Ancaq odlu silaha görə özünü təqsirli bildiyini deyib.
“Bir neçə il əvvəl tapmışdım. Evimdə saxlayırdım. Silahın yerini dəyişmək üçün başqa yerə aparırdım. Yolda polislər saxladılar. Polis şöbəsinə aparıb üzərimə baxış keçirib götürdülər”, müttəhim suallara cavab olaraq deyib.
Vəkillər Əliyevdən Qubad İbadoğlu ilə əlaqəsi barədə soruşublar. Deyib ki, İbadoğlu ilə həm vatsap üzərindən görüntülü danışıb, həm də əyani görüşüblər:
“Həbsimdən təxminən iki həftə əvvəl vatsap üzərindən videokonfrans oldu. Sonradan zəngə Fazil adında bir nəfər də qoşuldu. Ötən məhkəmə iclasında da dediyim kimi, o Fazil bu Fazil deyil. O, tamamilə başqa adam idi. Həmin onlayn görüşdən bir həftə sonra Qubadla “İmam Hüseyn” məscidinin qarşısındakı dayanacaqda görüşdük. Mənə dollarları orada verib. Evimdə axtarış aparılanda polislərə təqdim etmişəm”.
Anar Əlyevin sorğulanması başa çatandan sonra hakim Fazil Qasımova sərbəst ifadə verməyi təklif edib. Qasımovsa vəsatətləri olduğunu bildirib.
O, məhkəməyə bir neçə foto təqdim edib.
“Həbsdən əvvəl çəkdiyim fotolardır (öz fotolarını göstərir - red.). Mən bunları istintaq təcridxanasında Anara göstərdim. Dedi ki, videogörüntülü danışdığı şəxs bu fotodakı deyil”.
Fazil Qasımov hakimdən xahiş edib ki, həmin sualı məhkəmə də Əliyevə versin və cavabı protokola düşsün, təqdim etdiyi fotolar isə iş materiallarına əlavə olunsun. Məhkəmə fotonun bu işə aidiyyəti olmadığını əsas gətirərək vəsatəti təmin etməyib.
Fazil Qasımov Anar Əliyevə bir neçə sual verib. Ancaq Əliyev heç birini cavablandırmayıb.
Hakim növbəti məhkəmə iclasını yanvarın 10-na təyin edib.
Fazil Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.
Qubad İbadoğlu ötən ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Özü ittihamları rədd edir.
Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.
"Toplum TV"
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
VOA
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Möhyəddin Orucov/şəxsi arxiv
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?