Dünya

Tramp: İran və İsrail atəşkəs barədə tam razılığa gəlib

24 İyun, 2025
47

Foto: AFP

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran və İsrail atəşkəs barədə razılığa gəlib. 

Onun sözlərinə görə, altı saatdan sonra hərbi əməliyyatlar 12 saatlıq dayandırılacaq və bundan sonra “müharibə başa çatmış hesab olunacaq”.

Tramp bildirib ki, “24 saat ərzində dünya 12 günlük müharibənin rəsmi başa çatmasını alqışlayacaq”

O əlavə edib ki, razılaşma hər iki tərəfin əvvəlcədən başlamış hərbi əməliyyatlarını başa çatdırmasından sonra qüvvəyə minəcək.

“Bu müharibə illərlə davam edə bilərdi və bütün Yaxın Şərqi məhv edə bilərdi, amma bu baş vermədi və heç vaxt da baş verməyəcək”, – deyə Tramp özünün “Truth Social” platformasında yazıb.

O həmçinin qeyd edib ki, İsrail və İran ona “demək olar ki, eyni anda” müraciət edərək sülh istədiklərini bildiriblər.

“Mən bilirdim ki, zaman yetişib. Sülh və Yaxın Şərq – əsl qaliblərdir!”, – deyə Tramp qeyd edib.

Trampın fikrincə, İsrail və İran “çox şey qazana bilər, amma doğru və haqq yoldan çıxarlarsa həm də çox şey itirə bilər”.

Bundan bir neçə saat sonra, İranın İsrailə raket zərbəsi endirməsi ilə bağlı xəbərlər yayıldıqda Tramp hər iki ölkəyə müraciət edib:

“Atəşkəs qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın!”.

“New York Times” xəbər verir ki, atəşkəs razılaşması Qətərin vasitəçiliyi ilə əldə olunub – məhz Qətər ABŞ-ın sülh təklifini İrana çatdırıb.

Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir rəsmi razılaşma yoxdur. Lakin o, qeyd edib ki, İran ordusunun döyüş əməliyyatları yerli vaxtla səhər saat 4:00-da dayandırılıb.

İsrail Müdafiə Ordusunun nümayəndəsi isə 24 iyun səhəri atəşkəslə bağlı xəbərləri şərh etməkdən imtina edib.

24 iyun səhər saatlarında İran İsrailə atəş açmağa davam edib. Raketlərdən biri Bеer-Şeva şəhərində yeddi mərtəbəli yaşayış binasına düşüb. 

Ölənlər var, xilasetmə işləri davam etdirilir


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda son bir ayda 6 müxalifət lideri həbs olunub

24 İyun 2025

Foto: EPA/EFE

İyunun 23-də Gürcüstanın müxalif “Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze həbs olunub.  Vaşadze həmin gün haqqında 7 aylıq həbs hökmü çıxarılan məhkəmə prosesində iştirak etməyib.  O, əvəzində partiyasının ofisində mətbuat konfransı keçirib və hakimiyyəti “polis arxasında gizlənən kimsələr” adlandırıb.  Bir müddət sonra polis əməkdaşları gələrək onu həbs edib.  Vaşadze daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi.  Bir gün əvvəl artıq həbsdə olan “Girçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze haqqında da 7 aylıq həbs hökmü çıxarılıb. Həmin gün, həmçinin, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze...
Dünya

Özbəkistan prezidenti qızını administrasiyanın rəhbəri qoyub 

24 İyun 2025

Foto: sosial media

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qızı Səidə Mirziyoyevanı Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.  Bu vəzifə 2023-cü ilin avqustunda Mirziyoyevin sərəncamı ilə ləğv edilmişdi.  Mirziyoyeva isə 2023-cü ildən prezident köməkçisi vəzifəsini daşıyıb. O, daha əvvəl Prezident Administrasiyasının İcra Aparatının Kommunikasiya və İnformasiya Siyasəti sektorunun müdiri vəzifəsində çalışıb. Mərkəzi Asiya ölkələrində liderlərin övladlarını yüksək vəzifələrə çəkməsi ənənə halını alıb.  Türkmənistan Prezidenti Sərdar Berdimuxamedov keçmiş prezident Qurbanqulu Berdimuxamedovun oğludur. Onun bacısı Oğulcahan Berdimuxamedova isə atasının adını daşıyan xeyriyyə fondunun vitse-prezidentidir.  Keçmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu ildə istefa verdiyi gün qızı Dariqa Nazarbayevanı parlamentin yuxarı palatasının sədri vəzifəsinə təyin edib, bununla da ona...

Seçilmiş Videolar

Toplum TV loqo