Dünya

Tramp Omanı da "havaya uçurmaqla" hədələyib

28 may, 2026
128

Reuters

ABŞ prezidenti Donald Tramp İrandan sonra Omanı da hədələyib. 

O, mayın 27-də Ağ Evdə jurnalistin Hörmüz boğazının aqibəti ilə bağlı sualına cavab olaraq deyib ki, Oman "ya özünü yaxşı aparmalıdır, ya da onları havaya uçuracağıq". 

ABŞ ilə uzun illərdir hərbi və iqtisadi müttəfiqlik edən Oman ABŞ-nin fevralın sonunda İrana hücumları başlayana qədər iki ölkə arasında danışıqlara vasitəçilik edib. 

Lakin münaqişənin gedişində İran Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran boğazı bağlı saxlamağa davam edir. 

Hazırda İran və ABŞ arasında yekun sülh razılaşması üzrə danışıqların getdiyi vaxtda isə İranın Omanla birlikdə Hörmüzdən keçmək istəyən gəmilərdən keçid haqqı almaqla bağlı razılığa gəldiyi xəbəri yayılıb. 

ABŞ isə İranla sülh əldə olunduqdan sonra da Hörmüzün bütün gəmilər üçün açıq olmasında israr edir. 

"Boğaz hər kəs üçün açıq olacaq. Çünki ora beynəlxalq sulardır. Heç kim nəzarət etməyəcək. Bu, danışıqlarımızın bir hissəsidir", - Tramp jurnalistə deyib. 

O, həmçinin, İranı danışıqları qəsdən yubatmaqda ittiham edib. 

Dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazının bağlanması dünya bazarlarında enerji və yanacaq qiymətlərinin artmasına səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...

Seçilmiş Videolar

Toplum TV loqo