Siyasət

Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarır

8 Sentyabr, 2026
7

pykmancenter

Macarıstan Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban sosial media hesabında məlumat yayıb.
Nazirliyin Rusiyanın Budapeştdəki səfirini qərarla bağlı məlumatlandırdığı bildirilib. Macarıstan hakimiyyəti həmin şəxslərin Vyana Konvensiyasına əsasən diplomat statusu ilə uzlaşmayan fəaliyyətlə məşğul olduğunu hesab edir.

Anita Orban qeyd edib ki, adları və vəzifələri açıqlanmayan 10 əməkdaşın ölkəni tərk etməsi tələbi “Macarıstanın təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə xidmət edir”. Onun sözlərinə görə, bu qərar Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

“Macarıstan qarşılıqlı hörmətə və müəyyən olunmuş qaydalara əməl edilməsinə əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, - nazir yazıb.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və Moskva ilə Aİ ölkələri arasındakı gərginlik fonunda bir sıra Avropa dövlətləri Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və digər Rusiya qurumlarını bağlayıb. Rusiya da cavab tədbirləri görüb.

Viktor Orbanın əvvəlki hökuməti dövründə Macarıstan belə addımlardan çəkinirdi. Səfirliyin eyni anda 10 əməkdaşının ölkədən çıxarılması ölkə üçün görünməmiş addım sayılır. Qərarın konkret hansı fəaliyyətlə bağlı olduğu açıqlanmayıb.

Avqustun sonunda Macarıstan Rusiyanı ölkə, Avropa və “qlobal nizam” üçün təhdid kimi tanıyıb. Bundan əvvəl ölkənin müdafiə naziri Romuluş Rusin-Sendi bildirmişdi ki, Macarıstan Rusiya üçün “qapını bağlayır” və müttəfiqləri ilə etimadı bərpa etməlidir. O, Rusiya kəşfiyyatının “arxa qapıdan daxil olmağa cəhd etdiyini” də deyib.

Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın bu qərarına cavab veriləcəyini bildirib.

XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskvanın “Budapeştdəki rusofob lobbiyə cavabı sərt və ağrılı olacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib

8 Sentyabr 2026

euneighbourseast.eu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 8-də vaxtilə "Nardaran işi" üzrə həbs olunmuş iki inanclı fəalın şikayəti əsasında qərar verib.  Ərizəçilər Şamil Abduləliyev və Aqil İsmayılov 2015-ci ilin noyabrında polisin Nardaranda Müsəlman Birliyi Hərəkatına (MBH) qarşı keçirdiyi reyd zamanı həbs olunublar. Onlar 2021-ci ildə əfv fərmanı ilə azadlığa çıxıblar.  Fəallar ərizələrində bildirib ki, həmin vaxt bir evdə dini mərasimdə iştirak edirmişlər və bu zaman polis tərəfindən üzərilərinə atəş açılıb. Ş.Abduləliyev insident zamanı güllə yarası alıb.  Onlar iddia ediblər ki, polis onları həbs edərkən həddən artıq güc tətbiq edib, saxlanma zamanı aldıqları xəsarətlərlə bağlı onlara lazımi tibbi yardım göstərilməyib, eləcə də...
Siyasət

Anar Məmmədli və Anar Abdullaya hökm oxunub

7 Sentyabr 2026

Toplum TV

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Məmmədli 13, Anar Abdulla 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Ötən prosesdə dövlət ittihamçıs Anar Məmmədlinin 14 il, Anar Abdullanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü...

Seçilmiş Videolar

Toplum TV loqo