Dünya

Tramp: Suriya üzərindən sanksiyaları götürəcəyik

14 May, 2025
75

Reuters

ABŞ prezidenti Donald Tramp ölkəsinin Suriyaya tətbiq etdiyi sanksiyaları götürəcəyini deyib. 

Tramp bunu mayın 13-də Səudiyyə Ərəbistanında çıxışı zamanı deyib.

O, qərarı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdikdən sonra verdiyini bildirib. 

“Suriya illərlə fəlakət, müharibə və qətliamlarla üzləşib. Buna görə də mənim administrasiyam on ildən artıq fasilədən sonra ABŞ ilə Suriya arasında normal münasibətlərin bərpası istiqamətində ilk addımları atıb”, - Tramp deyib. 

O xəbər verib ki, ABŞ Dövlət katibi Marko Rubio bu həftə Türkiyədə suriyalı həmkarı ilə görüşəcək. 

2011-ci ildə başlayan vətəndaş müharibəsi fonunda Suriyanı idarə edən Bəşər Əsəd rejimi ötən ilin dekabr ayında, ABŞ-da Co Bayden prezident ikən devrilib. 

Suriyanın yeni hökuməti ümid edir ki, yanvardan ABŞ-a rəhbərlik edən Tramp ölkəyə tətbiq olunan ağır sanksiyaları ləğv edəcək.

“Sanksiyalar qəddar və iflicedici idi, lakin o dövrdə olduqca vacib bir funksiyanı yerinə yetirirdi. Amma indi onların parlamasının vaxtıdır. Mən deyirəm: ‘Uğurlar, Suriya.’ Bizə nəsə çox xüsusi bir şey göstərin”, - Tramp çıxışında deyib. 

“Sanksiyaların ləğvini bərpa yolunda yeni bir başlanğıc kimi görürük. Ərəb qardaşlarımızın — başda Səudiyyə Ərəbistanı olmaqla — tutduğu mövqelərə görə təşəkkür edirik. Biz Suriya xalqına və onun tarixinə layiq bir gələcəyə doğru yeni bir fəsil açırıq”, - Suriyanın xarici işlər naziri Əsəd Əl-Şaybani “X” səhifəsində yazıb. 

Trampın anonsunu eşidən suriyalılar Dəməşq, Homs və başqa şəhərlərdə küçələrə çıxaraq bayram ediblər. 

Suriyanın iqtisadiyyat naziri Məhəmməd Əl-Şar “Əl-Ərəbiyə”nin canlı yayımında göz yaşlarını saxlaya bilməyib. 

“Bununla, vəsaitlərin axını başlayacaq — əvvəlcə xaricdə yaşayan suriyalılardan, daha sonra isə dəstək verən ölkələrdən. İqtisadiyyatın təkərləri fırlanmağa başlayacaq, ticarət və investisiya vədləri gerçəkləşəcək, çünki indi mənzərə investisiyalar üçün açıqdır”, - nazir bildirib. 

ABŞ ilk dəfə 1979-cu ildə Suriyanı “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb və bu, silah embarqosu və xarici yardımı da əhatə edən maliyyə məhdudiyyətlərinə səbəb olub. 

2011-ci ildə Suriyada müharibə başlayandan və Əsəd rejimi hökumət əleyhinə çıxan dinc etirazçılara qarşı hücumlara başladıqdan sonra, Suriyaya və rejimlə əlaqəli şəxslərə qarşı çoxsaylı genişmiqyaslı sanksiyalar tətbiq olundu. Bunlara xaricdə saxlanılan Suriya hökumətinə məxsus aktivlərin dondurulması, ABŞ-ın Suriyaya investisiyalarına qadağa və neft məhsullarının idxalına qoyulan məhdudiyyətlər daxil idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda müxalif partiyaların qadağasına imkan verən qanun qəbul edilib

14 May 2025

açıq mənbədən götürülüb

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası müxalif siyasi partiyaların qadağan olunmasına imkan verən qanun layihəsini parlamentdə son oxunuşda qəbul edib.  Yeni qanuna əsasən, Konstitusiya Məhkəməsi daha əvvəl qadağan edilmiş partiyanın məqsədlərinə və ya tərkibinə “sahiblənən” hər hansı partiyanı da ləğv edə bilər. Hakim partiya bu qanun dəyişikliyini əsasən keçmiş iqtidar partiyası olan Vahid Milli Hərəkatı (VMH) və onunla əlaqəli hesab edilən müxalif qüvvələri hədəf almaq üçün hazırlayıb. Qanun, həmçinin gələcəkdə yaradılacaq partiyaların da “əvvəlki partiyalarla oxşarlıq” əsasında qadağan olunmasına imkan verir. Müxalifət nümayəndələri qanunun Bidzina İvanişvilinin siyasi rəqibləri istədiyi vaxt sıradan çıxarması üçün “şantaj aləti” olduğunu bildirir. Partiyaların qadağan olunacağı 2025-ci...
Dünya

ABŞ Talibandan qaçan əfqanların qorunma statusunu ləğv edib

13 May 2025

Andrew Quilty

ABŞ-ın Vətənin Təhlükəsizliyi Departamenti ölkədə yaşayan əfqanıstanlı qaçqınların “müvəqqəti qorunma statusu”nu ləğv edib.  Departamentin rəhbəri Kristi Noem deyib ki, onlar Əfqanıstandakı vəziyyəti nəzərdən keçirəndən sonra qərara gəliblər ki, bu ölkədən olan qaçqınlar sözügedən statusa sahib olmaq üçün tələb olunan meyarlara cavab vermir.  O hesab edir ki, Əfqanıstanda təhlükəsizlik vəziyyəti yaxşılaşıb və iqtisadiyyat stabilləşib.  Bununla da, Noem düşünür ki, Əfqanıstan vətəndaşlarının hələ də ABŞ-da qalmasına əsas yoxdur və onlar ölkələrinə risk olmadan qayıda bilərlər.  Əfqan vətəndaşların “müvəqqəti qorunma statusu” mayın 20-də aktivliyini itirəcək.  Əfqanıstan vətəndaşlarına “müvəqqəti qorunma statusu” 2022-ci ildə, Taliban hərəkatının bu ölkədə hakimiyyətə gəlməsindən sonra verilmişdi. Bu statusa sahib...

Seçilmiş Videolar

Toplum TV loqo