sosial media
2025-ci ilin əvvəlindən 13 may tarixinə qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) kütləvi informasiya vasitələri üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən məlumat yayıb.
Onlardan 2 nəfər avtomobil qəzası, 2 nəfər qar uçqunu, 4 nəfər müxtəlif xəstəliklər, 4 nəfər intihar, 1 nəfər mina partlayışı səbəbilə, 1 nəfərsə naməlum səbəbdən vəfat edib.
XHTİ bildirir ki, həyatını itirənlərdən 11 nəfəri Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 1-i isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub. Onlardan 9 nəfəri əsgər, digərləri isə zabit, MAXE, kursant, kiçik gizir və çavuş olublar.
İnstitut əlavə edir ki, bu il ən az 4 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.
XHTİ xatırladır ki, 2024-cü ildə 49 hərbçi qeyri-döyüş şəraitində ölüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
sosial media