Məhkəmə

Məhəmməd Kekalov: “Təzyiq altında qarşıma qoyulan sənədləri imzalamışam”

14 May, 2025
49

sosial media

Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi baş tutub.

Hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesdə iş üzrə bütün sənədlər elan olunmuş hesab olunub.

Təqsirləndirilən şəxslərdən jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın vəkilləri digər təqsirləndirilən şəxs, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalova suallar ünvanlayıblar.

Onlar Kekalovdan jurnalistlərin qaçaqmalçılıqla əldə olunan vəsaitləri ölkə daxilində leqallaşdırdığı haqda ifadə verib-vermədiyini soruşublar. 

Kekalov cavabında bildirib ki, istintaqa belə bir ifadə verməyib və sadəcə təzyiq altında önünə qoyulan sənədləri imzalayıb. 

Məhkəmə mayın 16-a təxirə salınıb.

“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar. 

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hacı Vəliyev həbsdə qaldı

14 May 2025

sosial media

"Gənc Qazilər" Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Bu barədə mayın 14-də onun vəkili Aqil Layıc məlumat yayıb. Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə müraciət təmin edilməyib. “Camaatın yaşadığı yerdə evini başına uçuran “Melisa Qrup”un rəhbərini ev dustaqlığına buraxıblar, amma Hacı Vəliyevi ev dustaqlığına buraxmadılar. Biri camaatın  evini başına uçurur, digəri isə ərazi bütövlüyü uğrunda sağıamlığını itirib, iki gözündən olub. Camaatın gözünü çıxaranlara azadlıq, camaat üçün gözünü fəda edənlərə isə həbs seçən məhkəmələrimiz var”, - vəkil Aqil Layıc yazıb. Müdafiə tərəfi bu vəsatətin verilməsini H.Vəliyevin səhhətindəki problemlərlə izah etmişdi.  Qərardan apellyasiya şikayəti veriləcək. Mayın...
Məhkəmə

Fazil Qasımovun yenidən aclıq aksiyasına başladığı bildirilir

13 May 2025

sosial media

Həbsdə olan iqtisadçı Fazil Qasımovun Penitensiar Xidmətin işçiləri tərəfindən pis rəftara məruz qaldığı və buna etiraz olaraq aclıq aksiya başladığı deyilir. Bu barədə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi alimin ailəsinə istinadən məlumat yayıb.  Mərkəz bildirir ki, Penitensiar Xidmətin Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində saxlanılan Qasımov pis rəftara məruz qalıb və yazdığı şikayət müəssisənin dəftərxanasından “yoxa çıxıb”.  Mərkəz iqtisadçının ailəsinə istinadən bildirir ki, ona qarşı baş verənlər “məqsədyönlü şəkildə həyata keçirilir və məqsəd Qasımovdan qisas almaqdır”.  Qasımovun aclıq aksiyasına mayın 10-dan başladığı deyilir. İqtisadçı ötən il də azadlığa buraxılması üçün aclıq aksiyası keçirib və 6 aydan çox aclıq edib. Onun yaxınları daha əvvəl...

Seçilmiş Videolar

Toplum TV loqo