Ukrayna: “Bir əməliyyatla Rusiya qanadlı raket daşıyıcılarının üçdə biri məhv edilib”
Foto: Reuters
Ukrayna qüvvələri Rusiya ilə cəbhə xəttindən minlərlə kilometr uzaqda yerləşən hava bazalarında park edilmiş onlarla Rusiya hərbi təyyarəsini məhv edib.
Əməliyyat zamanı Ukrayna dronları Rusiyanın dörd müxtəlif ərazisində təyyarə bazalarına zərbələr endirib. Bunlara Ukraynadan 4 min kilometr uzaqda, İrkutsk vilayətindəki Belaya bazası və Arktika Dairəsindəki Murmansk yaxınlığında Olenya bazası da daxildir.
Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti (SBU) bildirib ki, dörd hava bazasında 40-dan çox Rusiya təyyarəsi “kütləvi şəkildə yanıb”.
SBU əlavə edib ki, dron əməliyyatı Rusiyaya təxminən 7 milyard ABŞ dolları dəyərində zərər verib və Rusiya ordusunun əsas hava bazalarında yerləşən qanadlı raket daşıyıcılarının 34 faizini sıradan çıxarıb.
Ukrayna mətbuatı yazıb ki, əməliyyatda istifadə olunan dronlar əvvəlcə SBU tərəfindən Rusiya ərazisinə keçirilib, daha sonra isə onlar yük maşınlarına yerləşdirilib və taxta mobil kabinələrin damlarının altına gizlədilib.
Rusiya Müdafiə Nazirliyi hücumu təsdiqləyib və bunu “terrorist hücumu” adlandırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində əməliyyatı “möhtəşəm” adlandırıb və deyib ki, əməliyyatın planlanması bir il yarımdan çox çəkib.
“Bu gün parlaq bir əməliyyat həyata keçirildi — düşmən ərazisində, yalnız hərbi hədəflərə, xüsusilə Ukraynaya zərbə endirmək üçün istifadə olunan avadanlıqlara qarşı yönəldilmişdi. Rusiya ciddi itkilər verdi — tamamilə əsaslı və haqq edilmiş şəkildə”, - o bildirib.
Zelenski həm də açıqlayıb ki, əməliyyatın Rusiya ərazisindəki “ofisi” Rusiya xarici kəşfiyyat xidməti FSB-nin regional idarəsinin düz yanında yerləşib və əməliyyatı həyata keçirən şəxslər artıq Rusiya ərazisini tərk edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: TACC
Foto: Getty Images
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir