Foto: Toplum TV
İyunun 2-də “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı oxunmağa davam edib.
Bu dəfə ittiham aktının Toplum TV-nin jurnalisti Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal və Ramil Babayev və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətliyə aid hissələri elan olunub.
Ötən məhkəmə iclasında isə ittiham aktının Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova və Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədliyə aid hissələri oxunmuşdu.
Növbəti iclas iyunun 23-ə təyin olunub.
Toplum TV-yə qarşı təzyiqlər 6 mart 2024-cü ildə ofisinə edilən polis reydi ilə başlayıb. Reyd zamanı bir neçə əməkdaş saxlanılıb və avadanlıqlar müsadirə edilib .
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
Ələsgər Məmmədli, Müşfiq Cabbar, Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal və Ramil Babayevdən başqa, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahov və Toplum TV jurnalisti Fərid İsmayılov da hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Ruslan İzzətli: “Ziyalıların çoxu şəxsi maraqlara görə məmləkətin uçuruma getməsinə susur”
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir