Foto: Washington Post
Polşada iyunun 1-də baş tutan prezident seçkilərində mühafizəkar sağçı namizəd qələbə çalıb.
Tarixçi olan Karol Navrotski səslərin təxminən 51%-ini qazanmaqla liberal rəqibi, Varşava meri Rafal Trzaskovskini məğlub edib.
Saat 21.00-də açıqlanan ilk “exit-poll” nəticələrində qısa fərqlə öndə olan Trzaskovski qələbə elan edib, hətta çıxış da edib.
Navrotski ənənəvi katolik və ailə dəyərlərini dəstəkləyir və Avropa İttifaqı çərçivəsində Polşanın suverenliyinin qəti tərəfdarıdır.
Hazırkı mühafizəkar Prezident Andjey Duda Baş nazir Donald Taskın əsas seçki vədlərini – o cümlədən məhkəmə sistemindən siyasi təsiri aradan qaldırmaq və ölkənin sərt abort qanunvericiliyini yumşaltmaq cəhdlərini – həyata keçirməsinə mane olmaq üçün veto səlahiyyətlərindən istifadə edib.
Navrotskinin Taskın Avropa İttifaqı yönümlü proqramını əngəlləmək üçün prezident veto səlahiyyətindən istifadəyə davam edəcəyi gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir