Ölkə

Əli Zeynal Ədliyyə nazirinə açıq məktub yazıb

3 İyun, 2025
1419

Foto: Toplum TV

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova məktub yazıb.

Məktubu olduğu kimi təqdim edirik.

Keçmiş rektor və indiki Ədliyyə naziri Fərid Əhmədova keçmiş tələbəsi və hazırda "Toplum TV işi”ndə siyasi məhbus Əli Zeynaldan açıq məktub. 

Keçmiş rektor Fərid Əhmədov, əslində bu yazdığım problemləri hazırda saxlandığım Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılova və ya onun hər-hansı bir müavininə danışmaq istəyirdim. Bunun üçün dəfələrlə cəhd etsəm də, problemlərlə maraqlanan olmadı. 

Yəqin ki, çox məşğuldurlar. Mən də dedim onları bu iş sıxlığında narahat etməyim. Halbuki, mənim barəmdə qurama hər-hansı bir şikayət və ya ərizə olanda, rəis, rəis müavinləri vaxt tapıb sıra ilə bir-bir qəbul edirlər. 

Nə yaxşı ki, cərimə müəssisəsinə göndərilməyimlə bağlı əmr, qərar vermək üçün vaxt qrafikləri uyğun olur.

Hə, bu arada, sizin 7-8 nəfər konvoyunuz qollarım qandallı formada məni ora-bura "dartışdırdıqdan" sonra şikayət etmişdilər ki, guya mən o vəziyyətdə təkbaşına onları döymüşəm. Ərizəmi hələ də heç kim mənə göstərməyib, tanış olmamışam. 
Amma "mənə deyilənə görə" təxminən belə idi. 

Uzun sözün qısası, təcridxanadakı kameraların vəziyyəti ilə bağlı bəlkə siz vaxt tapıb təşrif buyurdunuz. Hə, "təşrif buyurdunuz" demişkən: təxminən 3-4 həftə əvvəl sizin müavininiz ya da nazirlikdən komissiya "təşrif buyurmuşdu". "Təşrif buyurmaq" da nə "təşrif buyurmaq". Özü də "yoxlama, nəzarət-təftiş" məqsədli. 

Demək, bu sayğı-dəyər "yoxlama" gəlməzdən öncə II korpusun 12-ci kamerasında bir-iki ay öncədən hazırlıqlar başladı. Təmir-bərpa işləri görüldü, hətta yeni şkaflar qoyuldu, dibçəklər qoyuldu, divardan dağ mənzərəli, çay, təbiətin gözəlliklərini göstərən şəkillər, peyzajlar asıldı. Ha-ha-ha-ha-ha. "Yoxlamanın" "yoxlayacağı" yerlər, kameralar öncədən, (hətta aylar öncəsindən) bəlli imiş!

Halbuki, həmin o 12-ci kamera ilə üzbəüz 19-cu kameraya da "təşrif buyrulsaydı", heç olmasa, 1-2 dəqiqəliyinə, mən sevə-sevə kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi göstərərdim. Hətta iyrənən olmasa, yekə-yekə tarakanları da nümayiş etdirərdim.

Amma üzrlü sayın, nə qədər israr etsələr də döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar haqqında danışmaq istəməzdim. Yalandan da olsa "yoxlamaya" gələnlərin dəhşətə düşməyinə könlüm razı  olmazdı. 

Nəisə, danışılacaq, göstəriləcək çox şey var, amma çox vaxtınızı almaq, narahat etmək niyyətim yoxdur. Keçmiş rektorum Fərid Əhmədov, məndən eşitmiş olmayın, amma çox təəssüf ki, bunu sizə deməliyəm: "yoxlamanızı" "yoxlayın", "yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var". 
Özünüzə yaxşı baxın, sağlıqla qalın... 

Zeynalov Əli Kamil oğlu, siyasi məhbus


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo