Dünya

Rus məktəblərində "Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti" fənni tədris olunacaq

3 İyun, 2025
99

Foto: TACC

Rusiya məktəblərində 2026-cı ilin sentyabrından “Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti” adlı fənn tədris olunacaq. 

Bu barədə “TASS” agentliyi Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkova istinadən məlumat verib.

Məlumata görə, fənn 5-ci sinifdən 8-ci sinifə qədər məcburi şəkildə tədris olunacaq. 

“Fənnin strukturu hazırlanıb, onu tarix müəllimləri tədris edəcəklər. 5-ci sinifdə – 17 saat, 6-cı sinifdə – 34 saat, 7-ci sinifdə də 34 saat olacaq. Fənn məcburi olacaq. Bu səbəbdən baza təhsil proqramının strukturu da yenidən nəzərdən keçiriləcək. Bu, ideoloji baxımdan mühüm fənlərdən biri olacaq,” – Lubkov deyib. 

Lubkovun sözlərinə görə, fənnin məzmunu “rus sivilizasiyasına məxsus mənəvi-əxlaqi dəyərlər — qəhrəmanların fəaliyyəti və onların bioqrafiyalarından” ibarət olacaq. 

“Əsas məqsədimiz odur ki, bu dəyərlər və qəhrəmanlar uşaqlarımızın həyatından uzaq, abstrakt fiqurlar olmasın, əksinə, onlara yaxın və yaş qruplarına uyğun şəkildə anlaşılan obrazlar olsun,” – deyə rektor əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiyanın müharibədə itkiləri “1 milyona yaxınlaşır” 

5 İyun 2025

Foto: Getty Images

Rusiyanın Ukrayna ilə apardığı müharibədə ölən və yaralanan əsgər sayının 1 milyona yaxınlaşdığı bildirilir.  Bu barədə Vaşinqtonda mənzillənən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin iyunun 3-də dərc etdiyi araşdırmada deyilir.  Qeyd olunur ki, Rusiyanın 2022-ci ilin fevralından bəri itkiləri artıq 950,000-i keçib və bunların təxminən 250,000-i ölən əsgərlərdir.  “İkinci Dünya Müharibəsindən bəri heç bir Sovet və ya Rusiya müharibəsində Ukraynadakı qədər yüksək ölüm nisbəti müşahidə olunmayıb”, - Mərkəzin araşdırmasında deyilir.  Bundan əlavə qeyd olunur ki, Ukrayna təxminən 400,000 itki verib, bunun 60,000-dən 100,000-ə qədəri isə ölənlərdir.  Mərkəzin rəqəmlərinin ABŞ və Britaniyanın kəşfiyyat məlumatları əsasında hesablandığı bildirilib.  Rusiya müharibədəki itkilərini rəsmi olaraq...
Dünya

Qırmızı Xaç: “Ən az 21 fələstinli yardım paylama məntəqəsində öldürülüb” 

2 İyun 2025

Foto: Getty Images

İyunun 1-də Qəzza zolağının cənubunda yardım götürmək üçün toplaşan fələstinlilər silahlı hücuma məruz qalıb.  Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və bir neçə şahid İsrail ordusunun atəş açmaqda məsuliyyət daşıdığını bildiriblər.  HƏMAS rəsmiləri 31 fələstinlinin öldürüldüyünü qeyd ediblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi isə ən az 21 nəfərin qəlpə və güllə yaralarından öldüyünü deyib.  İsrail ordusu qüvvələrinin “yardım məntəqəsinin yaxınlığında və ya içərisində olan mülki şəxslərə atəş açmadığını” bildirib. Lakin İsrail ordusundan bir mənbə yardım məntəqəsi açılmamışdan əvvəl, ondan təxminən 1 kilometr uzaqlıqda olan şəxslərə atəş açıldığını etiraf edib. Bu hadisə aylardır davam edən İsrail mühasirəsindən sonra aclıqla üzləşən Qəzza...

Seçilmiş Videolar

Toplum TV loqo