Dünya

Latviya Usmanov və Fridmana qarşı sanksiyaların ləğvinə etiraz edib

22 Sentyabr, 2026
13

president.az

Latviyanın etirazı səbəbindən rusiyalı iş adamları Alişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaların ləğvi məsələsi təxirə düşüb.

LETA agentliyi bu barədə Latviyanın baş nazirinin ofisinə istinadən məlumat yayıb.

Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Liqa Yermakane nəşrə bildirib ki, Avropa İttifaqı (Aİ) səviyyəsində qərarın qəbulu prosesi davam edir və vəziyyət dəyişə bilər. O, nazirliyin yekun qəraradək ölkənin mövqeyini şərh eAvropa tməyəcəyini deyib.

Bir gün əvvəl “Reuters” avropalı diplomatlara istinadən Aİ ölkələrinin Usmanov və Fridmana qarşı sanksiyaların ləğvi barədə ilkin razılığa gəldiyini yazmışdı. Razılaşma Rusiyanın təxminən 2700 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların müddətinin uzadılmasını da nəzərdə tuturdu.
Agentliyin məlumatına görə, Aİ üzvlərindən heç biri etiraz etməsəydi, qərar qüvvəyə minəcəkdi.
Ötən həftə isə Aİ ölkələrinin səfirləri sanksiyaların müddətini yalnız bir həftə uzatmağa razılaşıblar. Gecikməyə Fransa və Slovakiyanın iki iş adamının siyahıdan çıxarılmasını istəməsi səbəb olub.

“EUobserver”ə danışan fransalı diplomat Parisin Usmanova qarşı sanksiyaların ləğvini “milli təhlükəsizlik” məsələsi hesab etdiyini bildirib. Onun sözlərinə görə, Yelisey sarayı Usmanovla bağlı beynəlxalq tərəfdaşların müraciətlərinə müsbət cavab vermək istəyib.

“Financial Times”ın məlumatına görə isə Fransa Azərbaycanda həbsdə saxlanılan bir neçə vətəndaşının azad edilməsi barədə razılaşma çərçivəsində Usmanova qarşı sanksiyaların ləğvinə çalışıb.

Sözügedən razılaşmanın hansı Fransa vətəndaşlarını əhatə etdiyi barədə məlumat verilməyib. Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarından biri casusluq ittihamı ilə martda 10 il həbsə məhkum edilmiş Martin Rayandır. O, ittihamları rədd edir.

Digər Fransa vətəndaşı Teo Klerk isə ötən ilin sentyabrında metroda qraffiti çəkdiyinə görə 3 il həbsə məhkum edilib. Onunla eyni əmələ görə mühakimə olunan digər iki əcnəbi cərimə ilə cəzalandırılıb. Fransanın Azərbaycandakı səfirliyi hökmü pisləyərək Klerkin “açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarın qurbanı” olduğunu bildirib.

Fransa vətəndaşlarının həbsi iki ölkə arasında mübahisə mövzularından biri olub. Azərbaycan prezidenti İlham Əliyev isə ötən ilin oktyabrında Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığını bildirib.

Usmanov və Fridman Rusiya prezidenti Vladimir Putinə yaxınlıqları və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində iştirakları əsas gətirilərək sanksiya siyahılarına daxil ediliblər. Hər iki iş adamı sanksiyaların ləğvi üçün məhkəməyə müraciət edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...
Dünya

Almaniyada seçkilər: Türkiyə əsilli Elif Eralpın təmsil etdiyi Sol Partiya Berlində qalib gəlib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 20-də Almaniyada keçirilən əyalət seçkilərində Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə “Almaniya üçün Alternativ” (AfD) ən çox səs toplayıb. Bu barədə “Euronews” məlumat yayıb. “Infratest dimap”ın hesablamalarına görə, Berlində Sol Partiya 25,7 faiz səslə ilk dəfə birinci olub. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 18,8, AfD isə 16,3 faiz səs qazanıb. Bununla da şəhərdə hakimiyyətdə olan CDU-Sosial Demokrat Partiyası (SPD) koalisiyası parlament çoxluğunu itirib. Sol Partiyanın əsas namizədi Elif Eralp hökumətə rəhbərlik edə bilsə, Berlinin miqrant mənşəli ilk meri olacaq. Münxendə doğulan Eralpın valideynləri 1980-ci ildə Türkiyədən Almaniyaya sığınıblar. Eralp seçki kampaniyasında əsasən mənzil probleminə diqqət...

Seçilmiş Videolar

Toplum TV loqo