UTX və XƏQ-in birgə əməliyyatı: Rusiyanın ən böyük neft emalı zavodlarından biri vuruldu
Getty Images
Yanvarın 24-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) pilotsuz təyyarələri Rusiya ordusunu yanacaq, sursat və elektrotexnikayla təmin edən bir sıra obyektlərə hücum edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
Hücumlar nəticəsində Ryazan Neft Emalı Zavodunun istehsalat müəssisələrində və “Ryazan” neft paylaşımı stansiyasında yanğın başlayıb.
UTX-dəki mənbələrin bildirdiyinə görə, dronlar Ryazan İstilik Elektrik Stansiyasına da hücum ediblər.
İldə 17 milyon ton neft emal etmək gücü olan Ryazan Neft Emalı Zavodu Rusiyanın ən böyük zavodlarından biridir. Müəssisədə ən azı üç çənin və hidrotəmizləmə qurğusunun yerləşdiyi sexin yandığı bildirilir.
Bryanskda yerləşən, Rusiya mikroelektronika sənayesinin əsas müəssisələrindən biri olan “Kremniy El” mikroelektronika zavoduna da ziyan dəyib. Zavod strateji əhəmiyyətli silah sistemlərində istifadə olunan bir sıra mikrosxemlər və komponentlər istehsal edir:
"İşğalçı Rusiya ordusunu yanacaq-sürtkü materialları və hərbi texnikayla təmin edən obyektlərin sistemli və məqsədyönlü şəkildə məhv edilməsi Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək" - Baş Qərargahın açıqlamasında belə deyilir.
Müharibə başlayandan bəri Rusiya ərazisində yanğınlar və partlayışlar getdikcə daha tez-tez baş verir. Ukrayna Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Müdafiə Qüvvələri sursat anbarları, neft emalı zavodları və hərbi bazalar kimi strateji əhəmiyyətli obyektlərə mütəmadi olaraq zərbələr endirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
CNN
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək