Dünya

Vatikan tarixində bir ilk: Amerikalı Roma Papası

8 May, 2025
258

AP

Mayın 8-də Vatikanda kardinallar tərəfindən yeni Roma Papası seçilib. 

ABŞ-ın Çikaqo şəhərindən olan 69 yaşlı Robert Fransisk Prevost 267-ci Roma Papası olub. 

O, ilk amerikalı papa kimi tarixə düşüb.

Prevost bundan sonra Papa XIV Leo olaraq bilinəcək.

Vatikandakı iqamətgahının eyvanından çıxış edən XIV Leo vəfat etmiş keçmiş Papa Fransiski yad edib və Katolik kilsəsi üçün vizyonunu açıqlayıb. 

"Biz birlikdə missioner bir kilsə olmağa çalışmalıyıq – körpülər quran və dialoqa açıq bir kilsə", – deyə o bildirib. 

Minlərlə katolikə italyanca xitab edən Leo insanları başqalarına qarşı xeyirxahlıq göstərməyə və "sevgi ilə dialoqda olmağa" çağırıb.

Yeni papanın 133 kardinal tərəfindən seçilməsi 2 gün çəkib. 

ABŞ Prezidenti Donald Tramp Leonun ilk amerikalı papa seçilməsini ölkəsi üçün “böyük şərəf” adlandırıb və onunla görüşmək üçün səbirsizliklə gözlədiyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur 

13 Noyabr 2025

Foto: açıq mənbə

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb.  Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir.  Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb.  Təqsirləndirilənlər arasında Gürcüstanın Yollar Departamentinin sabiq sədr müavini Levan Kupataşvili də var. Ona qarşı mənimsəmədən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da irəli sürülüb. Bu ittihamlar üzrə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər. Digər dörd nəfər arasında 2018-ci ildə Gürcüstanda dövlət müqaviləsini qazanmış “Akkord”un adları açıqlanmayan direktoru və iki layihə meneceri, həmçinin işlərə nəzarət edən beynəlxalq...
Dünya

Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib

12 Noyabr 2025

Foto: açıq mənbə

Qazaxıstan parlamentinin aşağı palatası - Məclis noyabrın 12-də “Arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Sənədin mahiyyəti “pedofiliya və qeyri-ənənəvi seksual orientasiyanın təbliğini” qadağan edir və Rusiyada qəbul edilən analoji, “LGBT təbliğatı”nı yasaqlayan qanunun surəti hesab olunur. Rusiyada həmin qanun artıq yüzlərlə LGBT nümayəndəsinin ölkəni tərk etməsinə səbəb olub. Qanun layihəsi “uşaqların və yeniyetmələrin rəqəmsal məkanlardakı mənfi məzmundan qorunması ilə bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev bildirib. Onun sözlərinə görə, dəyişikliklər “pedofiliya və qeyri-ənənəvi orientasiyanın ictimai məkanlarda təbliğini” qadağan edir və uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil,...

Seçilmiş Videolar

Toplum TV loqo