Dünya

Xameneinin müşaviri: “Azərbaycan İslam dünyasına zidd hərəkətlər edir” 

15 İyul, 2025
29

Foto: khamenei.ir

İran Ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər iyulun 13-də Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşüb. 

“İRNA” xəbər agentliyinin məlumatına görə, görüşdə İran-Pakistan əlaqələri, İsrailin İrana iyunda hücumu, ABŞ ilə münasibətlər və başqa məsələlər müzakirə olunub. 

Xəbərdə qeyd olunur ki, Əkbər Pakistan tərəfinə Azərbaycandan şikayət edib və Azərbaycanın İsrail və Suriya hökumətləri ilə yaxınlığından gileylənib. 

“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının baxışlarına zidd hərəkətlər edir. Məsələn, Colan təpələri ilə sionist rejim arasında vasitəçilik, eləcə də bu rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin pik nöqtəsində İsrailə neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikirlərinə zidd olan bu hərəkətlər edilir?”, - Əkbər sual edib. 

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərə hələ ki münasibət bildirməyib. 

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaara iyulun 12-də Azərbaycana səfər edib, prezident İlham Əliyevlə görüşüb. 

Görüşdən sonra Azərbaycanın Suriya ilə İsrail arasında danışıqlara vasitəçilik edəcəyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Aİ Ermənistan mediasına 1,5 milyon avro ayırır 

14 İyul 2025

Foto: açıq mənbə

Brüsseldə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 14-də Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.  Tərəflər görüşdən sonra yaydıqları birgə bəyanatda Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında “böyüməkdə olan tərəfdaşlığı bir daha vurğulamaq və irəli aparmağa” sadiq qaldıqlarını bildiriblər.  “Prezident Kosta və Prezident von der Leyen Ermənistanın iddialı islahat gündəmini alqışladılar və ölkənin suverenliyinə, ərazi bütövlüyünə və demokratik islahatlarına dəstəklərini ifadə etdilər”, - bəyanatda deyilir.  Bəyanata əsasən, Aİ-nin Ermənistana investisiyalarının həcminin 2,5 milyard avroya çatacağı gözlənilir.  “2024-cü ilin aprelində elan edilmiş 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf Planı” Aİ-nin Ermənistana ayırdığı...
Dünya

Tixanovskayanın Birləşmiş Keçid Nazirlər Kabineti “terrorçu” təşkilat kimi tanınıb

10 İyul 2025

Foto: AFP/ Getty Images

Belarusda 2022-ci ildə Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya tərəfindən yaradılmış Birləşmiş Keçid Nazirlər Kabineti (UTC) "terrorçu" təşkilat kimi tanınıb.  Bu barədə iyulun 10-da Belarus Baş Prokurorluğu məlumat yayıb . Bildirilir ki, məhkəmə bu qərarı nəzarət orqanının tələbi ilə qəbul edib.  Müdafiə sənayesi kompleksinin struktur bölmələri də “terrorçu” kimi tanınıb və təşkilatın Belarus ərazisində fəaliyyəti qadağan edilib. 2022-ci ilin sentyabrında Birləşmiş Keçid Nazirlər Kabineti “ekstremist birləşmə” kimi tanınmışdı. Tixanovskayanın saytında qeyd edildiyi kimi, Belarusun Birləşmiş Keçid Kabineti ölkədə demokratik keçidi təmin etmək və siyasi böhranı aradan qaldırmaq məqsədilə yaradılmış icra orqanıdır. O, həmçinin müstəqillik, suverenlik və vətəndaş hüquqlarının qorunması üzrə qərarların hazırlanmasına...

Seçilmiş Videolar

Toplum TV loqo