Foto: CNN
ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə sülhə razılaşmaq üçün 50 gün vaxt verib.
Tramp bunu iyulun 14-də Ağ Evdə NATO Baş katibi Mark Rutteni qəbul edərkən bildirib.
O deyib ki, ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri və raketlər göndərəcək və onlar NATO müttəfiqləri tərəfindən maliyyələşdiriləcək.
ABŞ prezidenti “Patriot” sistemlərinin bir neçə gün ərzində çatdırılacağını və bunun Ukraynanın özünü müdafiə etməsinə “əhəmiyyətli dərəcədə kömək edəcəyini” qeyd edib.
Tramp, həmçinin, Rusiya prezidenti Vladimir Putindən hələ də sülhə razılaşmadığına görə xeyli narazı qaldığını, 50 gün ərzində də razılaşmayacağı təqdirdə Rusiya məhsullarına 100 %-ə qədər tariflər tətbiq edəcəyini vurğulayıb.
Rutte isə bildirib ki, Ukrayna hava hücumundan müdafiə üçün “həqiqətən çox sayda hərbi texnika” və Rusiyaya qarşı cavab zərbələri endirmək üçün raketlər əldə edəcək və Putini Trampın xəbərdarlığını ciddi qəbul etməyə çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski “X” səhifəsində Rutteyə təşəkkür edib.
“Biz əlavə “Patriot” sistemləri təqdim etməyə göstərilən hazırlığı yüksək qiymətləndiririk və ABŞ, Almaniya və Norveç artıq bu istiqamətdə birgə çalışırlar. Bundan əlavə, xalqımızın həyatını qorumaq və Rusiya hücumlarını dəf etmək üçün digər silahların da tədarükü olacaq. Sülh naminə və insan həyatını xilas etmək üçün Rusiyaya təzyiqlərin artırılması vacibdir”, - o qeyd edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Dmitri Medvedev isə “X” səhifəsində Trampın hədələrinin ölkəsinin “vecinə olmadığını” yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: BBC