Manşet

ABŞ “Zəngəzur dəhlizi”ni 100  illik icarəyə götürməyi təklif edir  

15 İyul, 2025
75

Foto: Getty Images

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Azərbaycanı Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək dəhlizi ölkəsinin yüz illik icarəyə götürməsini təklif edib. 

Səfir bunu Nyu-Yorkda jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. 

“Onlar 32 kilometrlik yol üzərində mübahisə edirlər, amma bu, əhəmiyyətsiz məsələ deyil. Bu mübahisə on ildir ki, davam edir. Ona görə də Amerika söhbətə qoşula bilər və deyə bilər: ‘Yaxşı, biz bu məsələni öz üzərimizə götürürük. Bizə bu 32 kilometrlik yolu yüz illik icarəyə verin, siz də hamınız ondan istifadə edin’”, - o qeyd edib. 

Barrakın açıqlaması bu yaxınlarda ABŞ şirkətinin “Zəngəzur dəhlizi”nin logistik fəaliyyətini öz üzərinə götürmək təklifi ilə bağlı xəbəri təsdiqləmiş olub. 

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ağ Evdə NATO Baş katibi Mark Rutteni qəbul edərkən ölkəsinin Azərbaycan və Ermənistan arasındakı münaqişəni həll etdiyini deyib. 

İyulun 1-də Karneqi Rusiya və Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan yazısında Tramp administrasiyasının Azərbaycanı Naxçıvana birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-nin iştirakını təklif etdiyini iddia edib. 

O yazıb ki, Vaşinqton bu təklifin “reallaşması yolunda irəliləməkdə qətiyyətli” görünür və buna əsas səbəb Trampın Nobel Sülh Mükafatı qazanmaq arzusudur. 

ABŞ Dövlət Departamentinin sözçüsü isə daha öncə belə bir təklifdən xəbərdar olmadıqlarını bildirmişdi. 

Azərbaycan və Ermənistan mart ayında sülh razılaşmasının mətni haqqında razılığa gəlsə də, razılaşma özü hələ də imzalanmayıb. 

Sonuncu dəfə iyulun 10-da Əbu-Dabidə görüşən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan danışıqları davam etdirməyə razılaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Qazaxıstan XİN Azadlıq Radiosunun 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib

15 İyul 2025

Foto: Radio Liberty

Qazaxıstanın Xarici İşlər Nazirliyi Azadlıq Radiosunun (RFE/RL) 16 əməkdaşının akkreditasiyasını uzatmaqdan imtina edib. Bu barədə Azadlıq Radiosunun Qazaxıstan xidməti məlumat yayıb. Nazirlik bildirib ki, bu qərarın səbəbi RFE/RL nümayəndəliyinin “KİV haqqında” qanunun 30-cu maddəsinin 4-cü bəndini “sistemli şəkildə pozması” olub.  Həmin bəndə əsasən, xarici KİV nümayəndələrinin müvafiq akkreditasiyası olmadan jurnalist fəaliyyətinə yol verilmir. Ötən həftə RFE/RL nümayəndəliyi, əvvəlcə 7 jurnalistə akkreditasiya verilmədiyinə görə, Qazaxıstanın XİN-ini məhkəməyə verib. İddiada göstərilib ki, imtinanın səbəbi kimi yalnız qanunda göstərilən ümumi ifadə göstərilib, amma konkret əsaslar açıqlanmayıb və əlavə sənədlər də tələb olunmayıb. RFE/RL-in maraqlarını “Hüquqi Media Mərkəzi” fondu müdafiə edir. “Biz apellyasiya şikayəti...
Manşet

Rusiya 18 tonluq Azərbaycan məhsulunu məhv edib 

14 İyul 2025

Foto: sosial media

Rusiyada Azərbaycandan idxal olunan 18 ton şaftalı və nektarin zərərverici tapıldığı iddiası ilə məhv edilib.  Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Xidməti məlumat yayıb.  Məlumatda deyilir ki, Krasnodar şəhərində anbarda saxlanılan məhsullar Qərb çiçəyi tripsi adlanan zərərverici tapıldığına görə məhv edilib.  Bu zərərvericinin gətirilməsi və yayılması Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən qadağandır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.  2024-cü ildə Azərbaycanın Rusiyaya ixracı təxminən 1,2 milyard dollar təşkil edib və əsasən meyvələr, qoz-fındıq və plastik məhsullardan ibarət olub. Həmçinin, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı ötən ilin ilk 5 ayı ilə müqayisədə bu il 20% artıb.

Seçilmiş Videolar

Toplum TV loqo