Mərkəzi Bank
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının mayın 12-də yaydığı məlumatda belə deyilir.
Məlumata görə, fevral, aprel və may aylarında əhalidən xalis dollar alışını həyata keçirən banklar, yenidən satışa keçib. «Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 280,999 mln. dollar təşkil edib. Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis valyuta satışı 93,525 mln. dollar olub», Mərkəzi Bank bildirir.
2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il noyabrın 1-nə 11 187,9 mln. dollar və ya 73,6% azalaraq 4 005,5 mln. dollara enməsinə səbəb olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”