Foto/kollaj: Toplum TV
Mərkəzi Bankın İdarə Heyəti martın 5-də "Bank BTB" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə qərar verib.
Mərkəzi Bankın məlumatında bildirilir ki, qərar bankın öz müraciəti əsasında verilib.
Bununla da, "Bank BTB" ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Müqaviləyə uyğun olaraq "Bank BTB"də depozitləri olan fiziki və hüquqi şəxslər üçün xidmətlər ABB-də həyata keçiriləcək və ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq.
Həmçinin, "Bank BTB"yə kredit borcu və yaxud digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulunu ABB həyata keçirəcək.
Beləliklə, Azərbaycanda bankların sayı 22-dən 21-ə düşüb.
Hökumətyönlü mətbuatda yayılan məlumatlara əsasən, "Bank BTB"nin əsas səhmdarı 76,7 faiz payla Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır.
R.Mehdiyev ötən ilin oktyabrında açılan cinayət işi əsasında məsuliyyətə cəlb olunub və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Onun özünün ittihamlara münasibəti məlum deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”