İqtisadiyyat

İqtisadçılardan bahalaşma anonsu

19 Fevral, 2019
1824
Son günlərdə marketlərdə ərzaqların qiymətində artım müşahidə olunur. Sosial şəbəkələrdə də bu barədə çox yazılır. Bununla bağlı rəsmi məlumat olmasa da, səbəbi açıqlanmasa da, iqtisadçılar qiymət artımının olduğunu təsdiqləyirlər.

İqtisadçı Rövşən Ağayev deyir ki, insanlarda inflyasiya gözləntisi var. Maaş, pensiya və təqaüd artımından dolayı dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsiri kimi:

"Əmtəə bazarlarında sağlam rəqabətin, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyi şəraitdə pul kütləsinin 3-5 faizlik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır”.
 

İqtisadçı əlavə edir ki, sadaladığı neqativ faktorların hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında var:

"Əks halda, monetazisasiyanın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olardı. Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma sanki küləyi öz işini görür. Cəmi 1 həftə öncə 16.5 manata olan 5 kiloqramlıq yuyucu toz artıq 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub”.

Rövşən Ağayev bildirir ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli siqaretin, tütün məmulatlarının qiyməti artmasından danışır. Deyir, bəli, qiymət qalxıb. Ancaq deyəsən bu, sosial məsələ, etiraz ediləcək addım deyil. Sosial məsələ olmadığından dünyanın əksər ölkələri tütün və alkaqollu içkilərə böyük vergi və rüsumlar tədbiq edirlər və bu da cəmiyyət tərəfindən normal qarşılanır:

"Azərbaycan kontekstində bu məsələyə baxarkən 2 nüansa diqqət etmək lazımdır. Əvvəla, qonşu ölkələrdə olan qiymətlər nəzərə alınmalıdır. Azərbaycanda siqaterin qiyməti çox qalxsa, qonşu ölkədən çox baha olsa, qaçaq yolla gətirilən siqaretlərin həcmi, sayı da artacaq. Bu isə büdcəyə dolayısıyla ziyan vuracaq. Dünyada pulun və ideyanın qarşısını tam kəsmək mümkün deyil. Heç bir nəzarət qaçaqmalçılığın qarşısını tam ala bilməyəcək”.
 

İqtisadçı əlavə edir ki, bir çox ölkədə tütün məmulatlarının qiymətini artırarkən, vergi və rüsumlarını yüksəldərkən əlavə yığılan vəsaitin konkret ünvana xərclənməsi öncədən elan edilir:

"Məsələn, siqaretin qiyməti 30 qəpik artır, hər qutu siqaretdən əlavə gələn 30 qəpiyin 10 qəpiyi uşaq idman klublarına, 10 qəpiyi aztəminatlı ailələrə ödənişlərə, 10 qəpiyi isə müəyyən qrup xəstə insanların pulsuz müalicəsinə sərf edilməlidir. Bu cür yanaşma olarsa, tütün məmulatlarında qiymət artımı, ümumiyyətlə, heç bir etraz və neqativ reaksiya doğurmaz”.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev də marketlərdəki qiymət artımının nəzərəçarpan dərəcədə yüksək olduğunu söyləyir. Deyir, alış-veriş elədiyi marketdə şorun, xamanın (smetan) kiloqram qiyməti 3 manat 20 qəpikdən 4 manat 10 qəpiyə yüksəlib. Bahalaşma 28 faizdən çoxdur:
 

"Qiymətlərin firmalar tərəfindən qaldırılması bildirilir. Digər malların da bahalaşması gün məsələsidir. Bu qədər bahalaşma heç də yaxşı başlanğıc deyil. Növbəti bahalaşma dalğasına hazır olun”.

İqtisadçı deyir ki, 3 faizlik pensiya artımı pensiyaçının əlinə çatmamış onun 57 faizlik bahalaşmanın güdazına gedib:

"Rəsmi açıqlamaya görə bu ilin yanvarında istehlak bazarında qiymətlər 1,7 faiz bahalaşıb (1,7:3∙100≈57 faiz). Belə getsə, növbəti bir-iki aya yerdə qalan 43 faizdən də əsər-əlamət qalmayacaq. Heç olmasa, hər 100 manat pensiya məbləğinə əlavə ediləcək o 3 manatın dadını çıxarmağa da imkan vermədilər”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycan bankları Cənubi Qafqazda ən az mənfəətə sahib olub

28 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan bankları bu ilin ilk yarısında Cənubi Qafqazda ən az mənfəətə sahib olublar.  Bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin statistik məlumatlarına əsasən xəbər verib.  O bildirib ki, 2025-ci ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bankları ən çox mənfəət əldə ediblər. “Ölkədə fəaliyyət göstərən 19 bankın 15-i yarımili mənfəətlə başa vuraraq ümumilikdə 569,1 milyon dollar qazanıblar. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur”, - Əliyev yazıb. Ermənistanda isə banklar cari ilin ilk yarısında mənfəətlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artırıblar. Ölkədəki 17 bankın 12-si mənfəət əldə edib və ümumi mənfəətləri təxminən 513...
İqtisadiyyat

Azərbaycan ilk dəfə Ukraynaya qaz satacaq

28 İyul 2025

Foto: açıq mənbə

Ukraynanın dövlət neft-qaz şirkəti "Naftoqaz" Trans-Balkan marşrutu ilə təbii qazın idxalına dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ilk müqaviləni imzalayıb. Bu barədə iyulun 28-də “Naftoqaz” mətbuata açıqlamasında deyib.  “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik həcmli, lakin strateji əhəmiyyətli addımdır. Bu, həm də təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz”ın baş direktoru Serxi Koretski bildirib . “Naftoqaz” həmçinin Ukrayna prezidenti Voladimir Zelenskiyə, Ukrayna hökumətinə və Ukraynanın Energetika Nazirliyinə “bu razılaşmanın əldə olunmasında göstərdikləri dəstəyə görə”, eləcə də “etimada görə” azərbaycanlı həmkarlarına minnətdarlığını bildirib. Ukrayna 2025-ci ilin mayında Bolqarıstan, Rumıniya və Moldovadan keçən yeni Trans-Balkan marşrutunu...

Seçilmiş Videolar

Toplum TV loqo