İqtisadiyyat

Azərbaycan ipoteka bazarında regionun ən geridə qalan ölkəsidir

5 Avqust, 2025
445

Foto: açıq mənbə

Cənubi Qafqaz ölkələrində ipoteka kreditləşməsi sahəsində ciddi fərqlər müşahidə olunur.

Əhalinin mənzil təminatında ipoteka kreditlərinin rolu böyük olsa da, bu sahədəki inkişaf ölkələr üzrə fərqlidir.

Bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin mərkəzi bankının məlumatlarına əsasən xəbər verib. 

O bildirib ki, Gürcüstan bu sahədə regionda lider mövqeyini qoruyub saxlayır. 

“2025-ci ilin ilk yarısında ölkədə ipoteka kreditlərinin həcmi 4,3 milyard dollardan 4,6 milyard dollara yüksələrək 4,7% artım göstərib. Bu artım tempi Gürcüstanın ipoteka kreditləşməsində aparıcı rolunu bir daha təsdiqləyir”, - Əliyev yazıb.

İqtisadçının sözlərinə görə, Azərbaycan və Ermənistanda isə ipoteka portfeli eyni səviyyədə – 4,4% artım nümayiş etdirib. Lakin kredit portfelinin ümumi həcmi baxımından fərq nəzərəçarpacaqdır. Azərbaycan banklarının ipoteka kreditləri portfeli 2,6 milyard dollara çatdığı halda, Ermənistanda bu rəqəm 4 milyard dollara yüksəlib.

İyun ayının sonuna olan göstəricilərə əsasən, ipoteka kreditlərinin bankların ümumi kredit portfelindəki payı Gürcüstanda 18,8%, Ermənistanda 21,8%, Azərbaycanda isə 15,6% təşkil edib.

İqtisadçı əlavə edib ki, ən diqqətçəkən məqamlardan biri isə adambaşına düşən ipoteka kreditlərinin həcmi ilə bağlıdır: “Gürcüstanda bu rəqəm 1240 dollar, Ermənistanda 1289 dollar olduğu halda, Azərbaycanda cəmi 255 dollardır. Bu isə o deməkdir ki, əhalisinin sayı digər iki ölkədən təxminən üç dəfə çox olan Azərbaycanda adambaşına ipoteka kreditləri 5 dəfə azdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Qeyri-neft ixracının artımı: real genişlənmə, yoxsa qızıl və qiymət artımı effekti?

22 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Dövlət Gömrük Komitəsi 2025-ci ilin xarici ticarət göstəricilərini açıqlayıb. Hesabata görə, əvvəlki illə müqayisədə xarici ticarət saldosunun profisiti 8,5 dəfəyə yaxın azalaraq 660 milyon dollara enib. Halbuki 2024-cü ildə bu göstərici 5,5 milyard dollar olmuşdu. İxracın ümumi həcmi 25 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyard dollar azdır. Azalmanın əsas səbəbi neft-qaz ixracındakı geriləmədir. 2024-cü illə müqayisədə Azərbaycanın neft-qaz ixracı 1,8 milyard dollar azalaraq 21,4 milyard dollara düşüb. Bunun 12,1 milyard dolları xam neftin, 8,8 milyard dolları təbii qazın, qalan hissəsi isə neft məhsullarının ixracının payına düşür. Ötən il xam neftin hər tonunun ixrac qiyməti...
İqtisadiyyat

“Orta gəlir tələsi”nə düşən Azərbaycan: 2025-ci ildə iqtisadi artım tempi 4 dəfəyə yaxın zəifləyib

21 Yanvar 2026

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2025-ci ilin sosial-iqtisadi yekunlarına dair ilkin məlumatları açıqlayıb. Hesabata görə, əvvəlki illə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) cəmi 1,4 faiz, onun adambaşına düşən məbləği isə cəmi 1 faiz artıb. İqtisadi artım tempinin sürəti 2024-cü illə müqayisədə təxminən dörd dəfə aşağı düşüb. Müstəqil iqtisadçılar hesab edirlər ki, bəzi primitiv iddiaların əksinə olaraq, Azərbaycan kimi zəif iqtisadi inkişafa malik ölkələrdə aşağı, resessiyaya yaxın böyümə göstəriciləri iqtisadiyyatı “orta gəlir tələsi”ndən çıxarmağa imkan vermir.  Ekspertlər “orta gəlir tələsi”ni belə izah edirlər: ilkin mərhələdə çox zəif inkişaf etmiş, yoxsul olan hər hansı ölkə müəyyən zaman intervalında (məsələn, 10–15 il ərzində) ya ucuz...

Seçilmiş Videolar

Toplum TV loqo