İqtisadiyyat

Azərbaycan xaricdən rüsumsuz sifariş şərtlərinə görə regionda ən əlverişsiz ölkədir

30 Aprel, 2026
522

Toplum TV

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov mediaya açıqlamasında bildirib ki, Azərbaycanda fiziki şəxslərin şəxsi istehlak məqsədilə gömrük ödənişi olmadan ölkəyə gətirə bildikləri malların dəyəri hazırda 300 ABŞ dollarıdır və bu məbləğin dəyişdirilməsi nəzərdə tutulmur.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,2 milyondan çox insan elektron ticarətin imkanlarından yararlanır.

Son illərdə vətəndaşların xüsusilə geyim və iri ölçülü olmayan cihazları (məsələn, mobil telefonları) xaricdən daha münasib qiymətə sifariş edə bilməsi ailə büdcələrinə xeyli qənaət imkanı yaradır. Bu, eyni zamanda, məhsul çeşidi baxımından daha geniş seçim deməkdir: insanlar daxili bazarda tapa bilmədikləri məhsul növlərini və ya markaları da xaricdən asanlıqla əldə edə bilirlər.

Azərbaycan hökumətinin qeyri-neft sektorundan vergi daxilolmalarını artırmaq məqsədilə idxala tətbiq etdiyi yüksək vergi və rüsumlar fonunda gömrük yığımlarına xüsusi diqqət yetirdiyi açıq şəkildə görünür.

Məsələn, müstəqil ekspertlərin fikrincə, Dünya Ticarət Təşkilatının dövri olaraq açıqladığı tarif hesabatlarına əsasən, Azərbaycanda idxal olunan mallar üzrə tətbiq edilən orta tarif dərəcəsi Gürcüstanla müqayisədə təxminən 4 dəfə, Ermənistanla müqayisədə isə 25 faiz daha yüksəkdir.

Belə şəraitdə biznes şəbəkələri vasitəsilə satılan mallar həm yüksək vergi və rüsumlar, həm də satıcıların daha çox qazanc əldə etmək istəyi səbəbindən sadə istehlakçı üçün əlavə xərc yaradır. Bu halda vətəndaşlar haqlı olaraq elektron ticarətin imkanlarından istifadə edərək şəxsi istehlak üçün bəzi malları xaricdən birbaşa sifariş etməyə çalışırlar.

Yerli istehsalı kifayət qədər inkişaf etdirə bilməyən hökumətlər adətən şəxsi istehlak məqsədli rüsumsuz xarici ticarəti itki kimi qiymətləndirir və mümkün qədər bu sahəyə məhdudiyyətlər tətbiq etməyə çalışır. Azərbaycanda da 5-10 il əvvəl vətəndaşların şəxsi ehtiyacları üçün ölkəyə gətirdikləri malların dəyəri 1000 ABŞ dollarına qədər idi. Son 3-4 ildə isə bu limit 300 ABŞ dollarına endirilib.

Yəni, istənilən şəxs ay ərzində xaricdən maksimum 300 ABŞ dolları dəyərində malı rüsumsuz sifariş edə bilər. Bu baxımdan Azərbaycan əksər qonşu ölkələrlə müqayisədə vətəndaşları üçün daha az əlverişli şərtlər təklif edir. Belə ki, həmin ölkələrdə limit aylıq məbləğə deyil, hər bir sifariş üzrə tətbiq olunur. Məsələn, bir sifariş üçün limit Türkiyədə 150 ABŞ dolları, Ermənistanda 200 ABŞ dolları, Özbəkistanda isə 1000 ABŞ dollarıdır.

Daha dəqiq deyilsə, istənilən şəxs eyni vaxtda fərqli ölkələrdən və ya fərqli şəbəkələr vasitəsilə qeyd olunan məbləğləri aşmadan sifariş edə bilir. Məsələn, Ermənistan və ya Türkiyədə bu cür yanaşma ilə fiziki şəxs hətta ay ərzində  1000 dollar dəyərində mal idxal etmək imkanındadır.

Başqa sözlə, istənilən şəxs eyni vaxtda fərqli ölkələrdən və ya müxtəlif platformalar vasitəsilə, müəyyən edilmiş məbləğləri aşmamaq şərtilə sifariş verə bilər. Məsələn, Ermənistan və ya Türkiyədə bu yanaşma nəticəsində fiziki şəxs ay ərzində ümumilikdə 1000 ABŞ dollarına qədər mal idxal etmək imkanına malikdir.

Azərbaycan Dövlət Gömrük Xidmətinin rəhbəri isə yanlış məlumat təqdim edərək bunu vətəndaşlar üçün üstünlük kimi qələmə verir və bildirir ki, bir sıra ölkələrdə bu cür güzəştlər azaldılıb, hətta tamamilə ləğv olunub. 

Qeyd etməyə dəyər ki, Gürcüstan, Ermənistan və Türkiyədə vətəndaşların təqdim olunan imkanlardan sui-istifadəsinin qarşısını almaq üçün müəyyən mexanizmlər tətbiq edilir və Azərbaycanda da istək olduğu təqdirdə bu cür alətlərin tətbiqi mümkündür. Məlumdur ki, mal sifariş edən şəxslərin fərdi məlumatları (FİN kodu), telefon nömrəsi və ünvanı vahid sistemdə toplanır.

Əgər eyni şəxs il ərzində mütəmadi olaraq hər ay bir neçə dəfə (məsələn, 3-4 dəfədən çox), eləcə də eyni tip məhsulları və ya eyni maldan çoxsaylı və böyük həcmdə sifariş edirsə, sistem onu “riskli sifarişçi” kimi qeydiyyata ala bilər. Müəyyən mərhələdən sonra isə həmin şəxsin sifarişlərinə fərdi qaydada rüsumların tətbiqi üçün hüquqi əsas yaranmış olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 Sentyabr 2026
Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir. Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək. Azalma əsasən Dövlət...
İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...

Seçilmiş Videolar

Toplum TV loqo