İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr, 2026
85

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı." 

Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb. 

Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib. 

"Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan faydalı pay torpaqları 15–20%-dən çox ola bilməz. ​Son illər yeni iqtisadi komandanın kiçik ailə təsərrüfatlarını yox sayması, onlara qarşı yürüdülən yanlış siyasət məhdud imkanları da tükəndirdi. Hərçənd ki, ölkənin ərzaq təhlükəsizliyində, daxili təminatda kiçik ailə təsərrüfatlarının kifayət qədər payı var idi. Ərzaq üzrə idxaldan asılılığımızın hər il daha da artmasının ən böyük səbəbini də məhz bu təsərrüfatların sıradan çıxarılmasında axtarmalıyıq", - o əlavə edib. 

Ş.Nəcəfov torpaqların birləşdirilməsi siyasətini "uğursuzluqların günahını kəndlinin əlində qalan bir parça torpağın üstünə atmaq" kimi xarakterizə edib.

"Kərbəlayı İsmayılın sözü olmasın, kəndlinin əlində qalan son torpaq parçasını da əlindən almaq üçün indi də "konsolidasiya" oyununu ortaya atıblar.
​Dövlət reyestrində çoxlu sayda kiçik-kiçik pay torpaqları görünə bilər, amma o torpaqların çoxu artıq tək-tək əllərdə cəmləşib. Bu günə kimi Əmlak Komitəsi alqı-satqı zamanı hər pay torpağına çıxarış verəndə rüsum və xidmət haqqı almaq xətrinə torpaqların vahid bir çıxarışda birləşməsinə imkan vermirdi. İnsanlar var ki, bir kənddən 300–500 hektar pay torpağını alıb birləşdirərək özünə təsərrüfat yaratsa da, mülkiyyətinə vahid çıxarış ala bilməyib. Nə qədər ki, prezident islahatla bağlı hər hansı qərar verməmişdən öncə aidiyyəti məmurlar kəndlidən, fermerdən, iş adamından qabaq bu işdən necə pul qazanacağını düşünəcəklər, heç bir uğurlu nəticə əldə edə bilməyəcəyik", - o qeyd edib. 

Prezident İlham Əliyev sentyabrın 2-də kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına (birləşdirilmə) dair fərman verib. Fərmana görə, Nazirlər Kabineti altı ay ərzində torpaqların birləşdirilməsi qaydalarını hazırlayıb prezidentə təqdim etməlidir. 

İyul ayında Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası üçün qanun dəyişiklikləri qəbul edib. 

Deputatlar dəyişiklikləri kiçik kənd təsərrüfatı torpaqlarının əkilməsinin çətinliyi ilə əsaslandırıblar. Müstəqil ekspertlər isə bunun kəndlilərin torpaqlarının zorla əllərindən alınmasına gətirib çıxaracağını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

 Azərbaycanda ət yenidən bahalaşıb

3 Sentyabr 2026

sosial media

Son günlər Azərbaycanda dana ətinin qiymətində yenidən artım müşahidə olunduğu bildirilir. Sakinlərin yerli mediaya bildirdiyinə görə, ölkənin bəzi satış məntəqələrində sümüklü dana ətinin kiloqramı 18-19 manata, sümüksüz ət isə 23 manata satılır. Ət satışı ilə məşğul olanlar isə təkcə mal ətinin deyil, quzu ətinin də kiloqramının 1-2 manat civarında bahalaşdığını bildirirlər. Satıcılar qiymət artımını tədarükçülərdən məhsulun daha baha alınması, eləcə də mal-qara və yem çatışmazlığı ilə əlaqələndirirlər. Bəzi satıcıların qiymət artımından sonra satışın azaldığını da deyirlər. Müstəqil iqtisadçılar bahalaşmanı daxili tələbatın yerli istehsal hesabına tam ödənilməməsi, eləcə də ümumi inflyasiya ilə əlaqələndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo