İqtisadiyyat

 Azərbaycanda ət yenidən bahalaşıb

3 Sentyabr, 2026
40

sosial media

Son günlər Azərbaycanda dana ətinin qiymətində yenidən artım müşahidə olunduğu bildirilir.
Sakinlərin yerli mediaya bildirdiyinə görə, ölkənin bəzi satış məntəqələrində sümüklü dana ətinin kiloqramı 18-19 manata, sümüksüz ət isə 23 manata satılır.

Ət satışı ilə məşğul olanlar isə təkcə mal ətinin deyil, quzu ətinin də kiloqramının 1-2 manat civarında bahalaşdığını bildirirlər.

Satıcılar qiymət artımını tədarükçülərdən məhsulun daha baha alınması, eləcə də mal-qara və yem çatışmazlığı ilə əlaqələndirirlər.

Bəzi satıcıların qiymət artımından sonra satışın azaldığını da deyirlər.

Müstəqil iqtisadçılar bahalaşmanı daxili tələbatın yerli istehsal hesabına tam ödənilməməsi, eləcə də ümumi inflyasiya ilə əlaqələndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

ABŞ-nin “Comstock” şirkəti borcunu azaltmaq üçün aktivlərini SOCAR-a satır

2 Sentyabr 2026

sosial media

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin təbii qaz istehsalçısı “Comstock Resources” şirkətinin Haynesville hövzəsindəki aktivlərində pay almağa hazırlaşır. “Reuters”in sentyabrın 1-də yaydığı məlumata görə, razılaşmanın ümumi dəyəri 1,65 milyard dollar təşkil edir.  Razılaşmaya əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” aktivlərindəki payının 20 faizini, “Western Haynesville” aktivlərindəki payının isə 15 faizini əldə edəcək. Bundan başqa, Azərbaycan şirkəti “Pinnacle Gas Services”də “Comstock”a məxsus 73 faizlik payın 15 faizinə sahib olacaq.  Tərəflər sövdələşməni 2026-cı ilin sonunadək yekunlaşdırmağı planlaşdırırlar. “Comstock” əldə olunacaq vəsaiti əsasən borclarının azaldılmasına yönəltmək niyyətindədir. Şirkətin hesablamasına görə, əməliyyatdan sonra iyunun 30-na 3,1 milyard dollar olan pro-forma xalis borc təxminən 1,5 milyard...
İqtisadiyyat

Su obyektlərindən xüsusi istifadəyə görə ödənişlər qüvvəyə minib

1 Sentyabr 2026

sosial media

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər qüvvəyə minib. Yeni qaydalar Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə müəyyən edilib. Qərara əsasən, xüsusi istifadə su obyektlərindən su götürülməsini, su götürülmədən akvatoriyadan istifadəni və tullantı sularının su obyektlərinə axıdılmasını əhatə edir. Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 min litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən hər min litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 min litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 min litr su üçün isə 1 qəpik ödəniləcək....

Seçilmiş Videolar

Toplum TV loqo