İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul, 2025
534

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib. 
Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir.

Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.   

Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır. 

Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək üçün müəllimlərin həftəlik dərs yükü  18 saat olmalıdır. Əslində 8 saat dərs deyən müəllimlərin maaşı 500 manatdan xeyli aşağdır. Belə ki, qüvvədə maaş sisteminə görə, iş stajından asılı olaraq 1 saat dərs üçün dərsin məvacibi 34-44 manat arasında dəyişir. 
Yəni, 8 saatlıq dərs yükü olan ən gənc (3 ilə qədər stajı olan) müəllim təxminən 270 manat, ən yaşlı (18 ildən çox stajı olan) müəəlim isə 350 manata yaxın maaş ala bilir. 

Hələ üstəlik, məbləğ “xalis” göstərici deyil, ondan vergi və sosial ödənişlər də tutulur. Bu o deməkdir ki, hazırda Azərbaycanda hər 7 nəfər orta məktəb müəlliminin aylıq maaşı 300 manat təşkil edir. Bu da qüvvədə olan minimum əmək haqqı məbləğindən (400 manat) xeyli azdır. 

Açıqlanan məlumatan o da aydın olur ki, 41 faiz və ya 50 min nəfər müəllim həftədə 17 saat dərs deyir. Buradan belə anlaşılır ki, bütün müəllimlərin 55 faizi (70 min nəfərə yaxın) tam stavka ilə işləmək imkanından məhrumdur. 

Nazir onu da əlavə edib ki, hazırda müəllimlərin 1 faizi (1,4 min nəfər) 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır. Öz növbəsində, müəllimərin 11 faizinin (12,8 imin)  həftədə 31 saat dərs deyir və 1500-2000 manat əməkhaqqı alır.  

Bu rəqəmlər göstərir ki, aşağı və yüksək maaş alan orta məktəb müəllimlərinin aylıq məvacibi arasında fərq orta hesabla 7-8 dəfəyə çatır və rəsmi qazanclarda bu cür ciddi bərabərsizlik müəllimlərin həyat səviyyəsi arasında da kəskin fərq yaradır.   

Əgər rayon və şəhərlər üzrə müəllimlərin sayı açıqlansa idi, müəllim-şagird nisbəti əsasında hansı ərazilərdə müəllimlərin daha çox dərs saatına malik olmasını da təxmini etmək olardı. Əlavə olaraq, bölgələr üzrə müəllim sıxlığı və şagird-müəllim nisbətinin açıqlanması rayonlar üzrə müəlim defisiti və ya artıqlığı barədə də cəmiyyətə informasiya vermiş olur.

Rəsmi hesabatlarda yalnız Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində çalışanların sayı barədə məlumat tapmaq olur və ən son məlumata görə paytaxtda müəllim sayı 30 min nəfərə yaxındır. 

Paytaxtda şagird sayının 542 min nəfər olduğu nəzərə alınsa, deməli, orta hesabla hər 18 nəfər şagirdə 1 müəllim düşür. Ölkənin yerdə qalan ərazilər üzrə 1,1 milyon nəfər şagirdin və 121 min müəllimin olduğunu nəzərə alsaq, Bakıdan kənar coğrafiya üzrə hər 9 nəfər şagirdə 1 nəfər müəllim düşür. 

Yəni Bakı və əyalətlar arasında şagird-müəllin nisbəti arasında fərq 2 dəfə təşkil edir.

Kənd və şəhərlər arasında da fərq çox böyükdür. Belə ki, şəhər yaşayış məntəqələrində 1,1 milyon nəfər şagirdə 80 min nəfər müəlim dərs deyir. Yəni, şagird-müəllin nisbəti 14 nəfərdir.
Amma kəndlərdə 610 min şagirdə 71 min müəllim düşür ki, bu şagird-müəllin nisbətinin təxminən 8 nəfər olduğunu göstərir.

Əgər bu göstəriciləri hər bir rayon və şəhər, eləcə də kənd və məktəblər üzrə görmək mümkün olsa idi, müəllimlərin əmək haqqında, eləcə də dərs yükündə yaranan fərqlərin coğrafi bölgüsü də aydın görünərdi.

“Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?

8 May 2026

açıq mənbə

Hesablama Palatası (HP) ötən ay dövlət qurumlarında son illərdə apardığı auditlə bağlı hesabatını açıqladı. Hesabatda bir sıra nazirlik və komitələrdə ciddi maliyyə pozuntularının olduğu bildirilirdi.  Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2024-cü ildə proqnozdan 176 milyon manat artıq vəsait xərcləndiyi qeyd olunub. 2023-2025-ci illərdə Dövlət Gömrük Komitəsində aparılmış auditin nəticəsi ilə bağlı isə bildirilir ki, yeni inzibati binanın tikintisi üzrə 18 milyon manata yaxın vəsait maliyyə sənədlərində tam əks etdirilməyib.  HP-nin əvvəlki illərdə də dövlət qurumlarında bir neçə milyonluq maliyyə pozuntuları aşkarladığı barədə açıqlamalar verilib. Bu pozuntulara, adətən, nümunə olaraq müqavilələrdə işlərin dəyərinin artırılması, məlumatların proqram təminatına tam daxil edilməməsi,...
İqtisadiyyat

İnflyasiya və gəlirlər arasında uçurum: Azərbaycanda bahalaşma davam edir

7 May 2026

Açıq mənbə

Son aylarda Azərbaycanda ərzaqların və gündəlik xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşma fonunda vətəndaşların gəlirlərinin eyni sürətlə artıb-artmaması isə sual doğurur. Toplum TV ərzaq və gündəlik xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar bildirir ki, bəzi məhsulların qiymətləri qısa müddətdə ciddi şəkildə yüksəlib: “Bahalaşma sürətli baş verir, dünən bir qiymətə olan məhsul, bugün gedəndə görürsən ki, daha da bahalaşıb. Qiymətlər qəpik-qəpik yox, birbaşa manatla artır. Əsasən yağın qiyməti artıb, kilosunu 20 manata aldığım yağ artıq 27 manatdır. İctimai nəqliyyatın da qiyməti artıb.” Eyni zamanda sorğuda iştirak edənlər qeyd edib ki, qiymətlərdəki artımlara baxmayaraq, aldıqları...

Seçilmiş Videolar

Toplum TV loqo