Siyasət

Paşinyan: “Ermənistandan Azərbaycana ixracla bağlı ilk müqavilə bağlanıb”

3 Sentyabr, 2026
86

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana məhsul ixracı ilə bağlı ilk ticarət müqaviləsinin bağlandığını deyib.

Baş nazir bunu sentyabrın 3-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sövdələşmə faktiki olaraq baş tutsa da, şirkətlər daxili prosedurları hələ tamamlamayıblar.

“İlk sövdələşmə artıq baş tutub. Ancaq onun bütün mərhələlərinin tamamlanmasını və bundan sonra şirkətlərin özlərinin açıqlama verməsini istərdim. Bu, hökumətin açıqlamalı olduğu məsələ deyil. Biz belə sövdələşmələrin detallarını müzakirə etmirik”, - Paşinyan deyib.

Baş nazir hansı şirkətlər və məhsullardan söhbət getdiyini açıqlamayıb.

Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul alması barədə məlumat veriləcəyini bildirmişdi.

Azərbaycandan Ermənistana məhsul ixracına ötən ilin dekabrında başlanıb. İndiyədək Azərbaycan Ermənistana əsasən neft məhsulları ixrac edib.

Bu ilin martında Ermənistandan Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül göndərilib. Lakin məhsulun mənşə ölkəsi Hollandiya olduğundan bu, Ermənistan istehsalı olan məhsulun ixracı sayılmayıb.

Bu ilin yanvarında Paşinyan Azərbaycan və Ermənistanın ixrac potensialı olan məhsulların siyahısını bir-birinə təqdim etdiyini bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”

22 Oktyabr 2026

sosial media

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib. “Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir. Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır. Jurnalistin...
Siyasət

“QHT işi”: Zamin Zəkinin kassasiya şikayəti təmin edilməyib

22 Oktyabr 2026

sosial media

Oktyabrın 22-də Ali Məhkəmədə “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin kassasiya şikayətinə baxılıb. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə bildirdiyinə görə, Zamin Zəki prosesdə iştirak etməyib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda vəkil Günay İsmayılova müdafiə çıxışı edib. Vəkil xatırladıb ki, Zamin Zəki ilə bağlı indiyədək nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində verilən vəsatətlər təmin olunub. O, məhkəmədən işə diqqətlə baxmağı istəyib. Vəkil çıxış edərkən hakim onun sözünü kəsib və “bu cür işlərə adətən iki dəqiqə vaxt ayırdığını” bildirib. “Siz isə artıq 10 dəqiqədir danışırsınız. Bu iş problemli olduğu üçün mən sizin...

Seçilmiş Videolar

Toplum TV loqo