Siyasət

AXCP üzvünün vaxtından əvvəl azadlığa buraxılması tələbi rədd edilib

3 Sentyabr, 2026
126

sosial media

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənovun şikayətinə baxılıb.

Bu barədə AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli sosial şəbəkədə məlumat yayıb.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Həsənov cəzasının üçdə iki hissəsini çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Penitensiar Xidmətin rəyinə əsaslanaraq müraciəti təmin etməmişdi.

Məhkəmə prosesində çıxış edən E.Həsənov həbsinin siyasi olduğunu, vaxtından əvvəl azadlığa buraxılmaması ilə bağlı qərarları isə qərəzli hesab etdiyini bildirib.
O deyib ki, cəzasının üçdə iki hissəsi tamamlandıqdan sonra ona qarşı təzyiqlər davam edib.

Mirələmlinin sözlərinə görə, Elnur Həsənov altı ay müddətinə qapalı rejimli həbsxanaya köçürülüb. Bu müddət iyulun 30-da başa çatdıqdan sonra o, yenidən 6 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.

“Müəssisəyə çatdığı gündən işgəncə ilə üz-üzədir. Müəssisənin əməkdaşları onu döyərək tanınmaz hala salıblar. Bundan sonra onların əlindən qurtulmaq üçün özünə xəsarət yetirib. Həmin vaxtdan aclıq aksiyasına başlayıb. Hazırda aclıq onu tanınmaz vəziyyətə gətirib. Elnur Həsənov məhkəmə zalında bildirib ki, sentyabrın 2-də daha bir kəskin etiraz üsuluna əl ataraq xaç formasında dəmir parçası udub”, - Təzəxan Mirələmli bildirib.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra Elnur Həsənov “Rədd olsun rəzalət, bərqərar olsun ədalət!” şüarı səsləndirərək məhkəmə zalını tərk edib.

Penitensiar Xidmət E.Həsənovun döyülməsi və səhhətinin ağırlaşması ilə bağlı iddialara münasibət bildirməyib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi – külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmə, saxlama və daşıma ittihamı ilə həbs olunub.

2024-cü il avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində hökm çıxarıb.
Məhkəmə Həsənovu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi – satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə və saxlama üzrə təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edib.

Dövlət ittihamçısı isə Həsənova qarşı əvvəlcə irəli sürülmüş, daha ağır cəza nəzərdə tutan 234.4.3-cü maddə üzrə ittihamın məhkəmədə sübuta yetirildiyini bildirərək onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Elnur Həsənov ittihamları qəbul etməyib. O, AXCP üzvü olduğuna və siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Həsənov həmçinin saxlanılarkən və polis bölməsində işgəncəyə məruz qaldığını, etiraf ifadəsini imzalamağa məcbur edildiyini deyib.
Fəal həbsindən əvvəl yol polisinin fəaliyyətini sosial şəbəkələrdə tənqid etdiyini, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan qısa müddət sonra həbs olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo