İqtisadiyyat

Dünya Bankı: Yüksək gəlirli ölkəyə çevrilməkçün Azərbaycana 1 əsrdən çox zaman lazımdır"

2 May, 2025
331

açıq mənbədən götürülüb

Dünya Bankının hesabatına görə, indiki şərtlərdə yüksək gəlirli ölkəyə çevrilməsi üçün Azərbaycana 100 ildən çox zaman lazımdır.

Bu barədə hesabata istinadən iqtisadçı Rövşən Ağayev “Facebook”da məlumat yayıb.

İqtisadçı bildirib ki, məlumat qurumun sahibkarlığın inkişafı, texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə artımın sürətləndirilməsinə dair hesabatında yer alıb.

Hesabata görə, yüksək gəlirli ölkəyə çevrilməsi üçün Gürcüstana 30 ilə yaxın,  Ermənistana isə 20 ilə yaxın zaman lazımdır.

“Qazaxıstan isə üçün bu müddət 30 ildən bir qədər çox, Türkiyə üçün isə 30 ildən az proqnozlaşdırılır”, hesabatda bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Nazir: "Azərbaycanda bir təsərrüfat sahəsi ilə fermerin ailəsini təmin etməsi mümkün deyil" 

13 Noyabr 2025

Foto: açıq mənbə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanda fermerin bir təsərrüfat sahəsi ilə ailəsinin dolanışığını təmin etməsi mümkün deyil.  O, bunu noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bildirib.  "Hazırda ölkədə bir təsərrüfata düşən ortalama sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9...
İqtisadiyyat

Real vergi ödəyicilərinin sayı: Hesablama Palatası və Dövlət Vergi Xidmətinin rəqəmləri niyə fərqlənir?

12 Noyabr 2025

İllüstrasiya: Toplum TV

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə verdiyi rəydə qeyd olunur ki, bu ilin ilk yarısında fəaliyyət göstərən, yəni real vergi ödəyicilərinin sayı əvvəlki dövrlə müqayisədə 3,3 faiz və ya 6,6 min azalıb. Hesabatda bildirilir ki, istinad edilən tarixdə real fəaliyyəti olan vergi ödəyicilərinin sayı 191,2 min biznes subyekti olub. Halbuki həmin dövrdə rəsmi qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 1,6 milyona yaxın idi. Başqa sözlə, qeydiyyatda olan hər 1000 biznes subyektindən yalnız 120-si real fəaliyyət göstərir. Palatanın rəyi göstərir ki, 2024-cü ilin ilk yarısında qeydiyyatdan keçən vergi ödəyicilərinin 13 faizi fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 12 faizə...

Seçilmiş Videolar

Toplum TV loqo