İqtisadiyyat

2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır

11 Noyabr, 2024
66

baku.ws

2025-ci ildə əhalinin sosial müdafiəsinə dövlət büdcəsindən 4,8 milyard manat  - 2024-cü ildəkindən 486 milyon manat (11 faiz) çox vəsait ayrılacaq. Əsas sual budur ki, əhalinin ayrı-ayrı sosial qrupları artımdan nə dərəcədə bəhrələnə biləcəklər.

 

Ən böyük pay pensiyaçılara düşəcək

486 milyon manatlıq artımın 387 milyon manatı, yaxud 80 faizi əmək pensiyalarının indeksləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna -  transferlərin genişləndirilməsinə yönəlidiləcək. Ümumilikdə gələn il Fonda dövlət büdcəsindən 1,6 milyard manat köçürüləcək. 2024-cü ilin büdcəsində həmin məbləğ 1,2 milyard manatdan bir qədər çox olub.

“Əmək pensiyaları haqqında” Qanuna görə, pensiyaların sığorta hissəsi hər il orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksiləşdirilərək artırılır. Bu ilin 9 ayının nəticələrinə görə, orta maaşlar 8 faiz artıb. Əgər bu rəqəm ilin sonuna qədər dəyişməz qalarsa, deməli, gələn il bütün əmək pensiyalarının məbləği ən azı bu səviyyədə artacaq.

Ümimişlikdə isə 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondu vasitəsilə pensiya xərclərinin maliyyəşdirilməsinə 7,2 milyard manat xərclənəcək ki, bu da 2024-üc ilin göstəricisindən 685 milyon manat çoxdur. Pensiya artımlarının yerdə qalan hissəsi Fondun öz gəlirləri hesabına təmin ediləcək.

Rəsmi statistikaya görə, hazırda əhalinin təxminən hər 10 nəfərindən biri və ya 1 milyon nəfərdən bir qədər çox insan pensiya almaq hüququna malikdir.

 

Kimlərin müavinəti artacaq?

Dövlət büdcəsinin müavinət fondu 172 milyon manat artımla proqnozlaşdırılır - ümumi məbləği 1,3 milyard manat təşkil edəcək. Bəs hansı növ müavinətlərdə artım gözləmək olar?

Büdcə sənədlərində adbaad qeyd olunan aşağıdakı müavinət növləri üzrə artım (və ya əhəmiyyətli artım) olmadığı aydın görünür. Hətta onlardan bəziləri üzrə  azalma var:

 

1. uşağın doğulmasına görə birdəfəlik müavinətlərə 25 milyon manat   - əvvəlki ilə nisbətən 5,6 milyon manat az vəsait xərclənməsi nəzərdə tutulur. Hazırda bu müavinətin məbləği 500 manatdır;

2. dəfn üçün birdəfəlik müavinətlərə 3,5 milyon manat ayrılacaq (2024-cü illə müqayisədə 200 min manat çox). Hazırda bu müavinətin də məbləği 500 manatdır;

3. müharibədə  və 20 yanvar hadisələrində əlill olanların, eləcə də Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin uşaqları üçün aylıq müavinətlərə 1 milyon manat ayrılacaq (əvvəlki ilə nisbətən 176 min manat az). Hazırda bu müavinətin məbləği 15 manatdır;

4. şəhid olan şəxslərin uşaqlarına aylıq müavinətlər üçün 394 min manat (təxminən əvvəlki ildə olduğu qədər) ayrılacaq. Hazırda bu müavinətin aylıq məbləği 21 manatdır;

5. 1 yaşadək uşağı olan yoxsul ailələrə aylıq müvinətlər üçün ötən ilə nisbətən 500 min manat az - 5,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Hazırda bu müavinətin məbləği 100 manatdır;

6. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinətlərə 390 min manat ayrılır (2024-cü ilə nisbətən 20 min manat çox). Hazırda bu müavinətin məbləği 120 manatdır.

7. əlilliyə görə aylıq müavinətlərin ödənilməsinə 562 milyon manat – 2024-cü ildəki qədər vəsait ayrılması nəzərdə tutulur. Qanunvericiliyə görə, bu müvainət əmək pensiyası almaq üçün iş stajı və minimum pensiya kapitalı zəruri tələblərə cavab verməyən şəxslərə təyin edilir. Hazırda həmin müavinətin aylıq məbləği orqanizmin funksiyalarının pozulma səviyyəsindən asılı olaraq 150-270 manat intrevalındadır. Köhnə təsnifatla götürülsə, əlillik üzrə 1-ci qrupa 270, 2-ci qrupa 220, 3-cü qrupa 150 manat aylıq müavinət verilir.

8. ailə başçısını itirməyə görə aylıq müavinətlərin ödənilməsi üçün 98,4 milyon manat -  əvvəlki ilə nisbətən 5 milyon manat artıq vəsait nəzərdə tutulur. Bu müavinət  pensiya hüququ olan, amma  pensiyaya çıxmadan vəfat etmiş valideylərin qanunvericilikdə nəzərdə tutulan vərəsələrinə verilir;

 

Artımlar 2 istiqamət üzrə görünür

Yaşa görə aylıq müavinətlər üçün 470 milyon manat nəzərdə tutulur. 2024-cü ildə bu məbləğ 418 milyon manat olub. Yəni 52 milyon manat artım var. Hazırda müavinətin məbləği 220 manat, onu alanların sayı 144 min nəfərdir. Ahıllar üçün müavinət büdcəsinin 52 milyon manatlıq artımı aylıq məbləğin də çoxalacağı deməkdirmi? Əgər müavinət alanların sayı dəyişməz qalarsa, bu məbləğin 30 manat artırılaraq 250 manata çatdırılacağını gözləmək olar. Amma müavinət alanların sayı 15-20 min civarında çoxalarsa, 52 milyon manatlıq artım yalnız mövcud məbləğdə ödəmələrə kifayət edər. Nəzərə alaq ki, son illər pensiya hüququ qazanmaq üçün şərtlər sərtləşdirildiyinə görə ahıl müavinəti alanların sayı sürətlə artır. Məsələn, son 1 ildə artım 15 min nəfər, son 3 ildə isə 45 min nəfər təşkil edib.    

Onların sayı ümumimilkdə 420 min nəfərə yaxındır. 

 

Təqaüd fondu 37 milyon manat artır

Hazırda dövlət büdcəsindən 394 min nəfər Prezident təqaüdü alır. Onların az qala yarısı (180 min nəfərdən çox) 2020-2023-cü ilərdə ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı statusu almış şəxslərdir. Onlara verilən aylıq təqaüdün məbləği 80 manatdır.

Ümumilikdə bütün təqaüdlərin ödənilməsinə 2025-ci ilin büdcəsindən 729 milyon manat vəsait ayrılması nəzərdə tutulur (2024-cü ildə  692 milyon manat olub).  Bu təqüdlərin əhatə dairəsi kifayət qədər genişdir. Müharibə veteranlarından başqa, bura fəxri adı olanlar ("xalq"  və “əməkdar” fəxri adları), fərdi təqaüd alanlar, şəhid ailələri, "Vətən Müharibəsi Qəhrəmanı" və “Milli Qəhrəman” adı verilmiş şəxslər və ya onların ailələri, əlilliyi olan şəxslər daxildir.

 

Məcburi köçkünlər üçün ödənişlər azaldılır

2025-ci ilin sosial müdafiə büdcəsində məcburi köçkünlər və məskunlaşmamış qaçqınlar üçün ödənişlərin ümumi məbləği 32 milyon manat və ya 10 faiz azaldılaraq 280 milyon manata endirilir. Güman ki, artıq işğaldan azad edilmiş ərazilərdə öz evlərinə qayıdan məcburi köçkünlərin statusuna yenidən baxılır. Ola bilsin, onlara ödəniş edilməyəcək.

Hökumət zəruri peşə və ixtisasa malik olmayan işsiz vətəndaşlar üçün təşkil olunan ictimai işlərlə bağlı xərcləri də əhəmiyyətli dərəcədə - təxminən 30 faiz  (82 milyon manat) azaldaraq 200 milyon manata endirməyə hazırlaşır.

 

Ünvanlı sosial yardımlarda cəmi 1,5 faizlik artım

Gələn il yoxsul vətəndaşların sosial müdafiəsi üçün nəzərdə tutulan ünvanlı yardımlara 457 milyon manat  - 2024-cü ildəkindən cəmi 7 milyon manat və ya 1,5 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Ən son statistikaya görə, həmin yardımı alan ailələrin sayı 64 min nəfər, ailə üzvlərinin toplam sayı isə 272 min nəfərdir. Bu, hökumətin rəsmi şəkildə yoxsul hesab etdiyi insanların ümimi sayından 2 dəfə azdır. Bir nəfər üçün ünvanlı yardımın aylıq məbləği 114 manat, orta statistik yoxsul ailə üçünsə 485 manat təşkil edir. 

Beləliklə, 2025-ci ilin sosial büdcəsinin analizindən çıxan əsas nəticə budur: bahalaşmaya görə pensiyalara əlavələr nəzərə alınmazsa, yerdə qalan qrupların sosial müdafiəsi üçün  ciddi artımlar nəzərdə tutulmur.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

AZCON yaradıldı - metropolitendən AZAL-adək yeni holdinqin nəzarətində 

8 Noyabr 2024

maşet.az

Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Başqa bir fərmanla Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, həmçinin dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. AZCON-a daxil olacaq qurumlar bunlardır: “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos"), “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və...
İqtisadiyyat

500 milyon manat böyüyən təhsil büdcəsi: bu artımdan müəllim maaşlarına və tələbə təqaüdlərinə nə düşəcək?

8 Noyabr 2024

açıq mənbədən götürülüb

Milli Məclisə təqdim olunan 2025-ci iln dövlət büdcəsi sənədlərinə əsasən, gələn il təhsil xərcləri 10 faizdən bir qədər çox, yaxud 464 milyon manat artaraq 4,9 miyard manata çatdırılır.  Bəs bu artımlar əsasən hansı istiqamətlərə və hansı təhsil tədbirlərinə yönələcək?   Maaş və təqaüdlərdə artım varmı? Təhsil bölməsi üzrə əmək ödənişi xərclərində təxminən 8 faiz və ya 252 milyon manat məbləğində artım görünür. 2025-ci ildə 4.9 miyard manatlıq təhsil büdcəsinin 67 faizi bilavasitə əməyin ödənilməsinə aiddir.  Lakin büdcə sənədləri bu artımın hansı təhsil pilləsi üzrə nə qədər təşkil edəcəyini müəyyən etməyə imkan vermir. Çünki məktəbəqədər təhsildə maaş xərclərinin faktiki olaraq əvvəlki...

Seçilmiş Videolar

Toplum TV loqo