İqtisadiyyat

DSK minik avtomobillərinin qiymətinin artmadığını, Gömrük Komitəsi idxalın 13%  bahalandığını deyir

13 Yanvar, 2025
70

açıq mənbədən götürülüb

Dövlət Statistika Komitəsinin qiymət müşahidəsilə bağlı hesabatına görə (noyabr 2024), son bir ildə minik avtomobillərinin qiyməti cəmi 0,6% artıb - 2023-cü ilin noyabrında bir minik avtomobilinin orta dəyəri 39,77 min manat olmuşdusa, tam bir il sonra həmin məbləğ 40,02 min manat təşkil edib. Amma diqqət çəkən vacib bir məqam var - ölkəyə xaricdən gətirilən minik avtomobillərinin idxal dəyəri 13,3% artıb.

Qeyd oluna bilər ki, bəlkə, doğrudan da, insanların bir-birinə satdığı köhnə, ikinci əl maşınlara tələbat getdikcə azaldığı üçün onların qiyməti da ucuzlaşır və bu amil orta qiymət artımına təsir edir.  Amma məsələ burasındadır ki, inflyasiya ölçümündə yalnız rəsmi satış və diler mərkəzlərində satılan maşınların qiyməti nəzərə alınır. Belə satış şəbəkələrində realizə olunan maşınların əhəmiyyətli hissəsi isə idxal edilən avtomobillər olur. Elə ayrı-ayrı vətəndaşlardan alınaraq ikinci əl kimi satılan maşınlar da sınıq-salxaq, ucuz avtomobillər olmur və onların da qiymətini əsasən idxal qiymətləri formalaşdırır.

Gömrük Komitəsinin statistikasına görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycana 1,377 milyard dollar dəyərində  81,8 min ədəd minik avtomobili idxal edilib. Bu isə bir avtomobilin orta idxal dəyərinin 16,8 min dollar və ya həmin dövrün məzənnəsilə 28,8 min manat təşkil etdiyini göstərir. Yola saldığımız 2024-cü ilin eyni dövründə isə ümumi dəyəri 1,418 milyard dollar olan 74,3 min minik avtmobilinin idxal edildiyi bildirilir. Bu, bir avtomobilin orta idxal dəyərinin 19,1 min dollar (32,5 min manat) olması deməkdir. Deməli, bir il ərzində minik avtomobillərinin orta idxal dəyəri 3,7 min manat və ya 13% bahalanıb.

Müntəzəm olaraq ortaya çıxan bu tip faktlar müstəqil ekspertlərin rəsmi inflyasiya göstəricisinə şübhələrini artırır. 

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 22,7 min ədəd hibrid avtomobil (ümumi dəyəri 600,8 milyon dollar), 2,9 min ədəd elektromobil (ümumi dəyəri 114,8 milyon dollar), 48,8 min ədəd ənənəvi yanacaqla işləyən minik avtomobili (ümumi dəyəri 702,4 milyon dollar) idxal olunub. Orta hesabla 1 avtomobilin idxal dəyəri hibridlər üzrə 26,5 min dollar, elektromobillər üzrə 40 min dollar, ənənəvi yanacaqla işləyən minik avtomobilləri üzrə 14,4 min dollar təşkil edib.

2023-cü ilin eyni dövründə 12,8 min ədəd hibrid (ümumi dəyəri 332,4 milyon dollar), 2,7 min ədəd elektromobil (ümumi dəyəri 111 milyon dollar), 66,4 min ədəd ənənvi yanacaqla işləyən minik avtomobilləri (ümumi dəyəri 934 milyon dollar) idxal olunub. Orta hesabla bir avtomobilin idxal dəyəri hibridlər üzrə 25,9 min dollar, elektromobillər üzrə 40,5 min dollar, ənənəvi yanacaqla işləyən minik avtomobilləri üzrə 14 min dollar təşkil edib.

Rəqəmlərdən göründüyü kimi, hibrid maşınlarının idxal dəyəri 2,3%, ənənəvi yanacaqla işləyənlərin idxal dəyəri isə 10% bahalanıb,  elektromobillərin idxal dəyəri 1,2% ucuzlaşıb.

Başqa bir maraqlı məqam odur ki, son bir ildə minik avtomobillərinin idxalında hibrid və elektrikli maşınların xüsusi çəkisi 19%-dən 34,5%-ə yüksəlib.

    

"Toplum TV"

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Kasıb Gürcüstanın avtomobil parkı zəngin Azərbaycanın parkından daha yaxşı vəziyyətdədir 

11 Yanvar 2025

Report.az

Gürcüstanın Milli Statistika Xidməti bu ölkənin avtomobil parkı ilə bağlı ən son məlumatları açıqlayıb. Məlum olur ki, neft-qazla zəngin Azərbaycanla müqayisədə iqtisadi baxımdan daha zəif bu ölkənin avtomobil parkının vəziyyəti, eləcə də əhalinin avtobillə təminatı səviyyəsi bizdəkindən daha yaxşı vəziyyətdədir. Avtomobillərin istismar müddətinə görə parkın yaş strukturu Hər iki ölkənin statistika qurumlarının açıqladığı məlumatlar belədir: Azərbaycanda 1,725 milyon ədəd avtomobil var,  1,502 milyon ədədi minik avtomobilləridir. Gürcüstanda isə 1,752 milyon ədəd avtomobil var, 1,412 milyon ədədi minik avtomobilləridir. Azərbaycan statistikasına görə, istismarda olana bütün avtomobillərin 85,3%-nin istismar müddəti 10 ildən çoxdur. Gürcüstanda həmin göstərici 83% təşkil edir. 5-10 il arası...
İqtisadiyyat

Adambaşı ÜDM-ə görə MDB-də Ermənistan 3-cü, Azərbaycan 5-ci yerdədi

9 Yanvar 2025

açıq mənbədən götürülüb

Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın MDB-də yeri haqda məlumatlar MDB Statistika Qurumu Birliyə üzv olan ölkələr üzrə 2020-2023-cü illər üzrə sosial-iqtisadi göstəricilərə dair hesabatlar açıqlayıb. Ən vacib göstəricilərə görə Azərbaycan 10 ölkə arasında hansı yerdə qərarlaşır? Adambaşı ÜDM-ə görə 9 ölkə arasında 5-ci yer Bu göstəricilərlə bağlı Türkmənistan istisna olmaqla 9 ölkə üzrə məlumat açıqlanıb və 2023-cü ilin sonuna bu ölkələr üzrə adambaşına ÜDM məbləği aşağıdakı kimi olub:   ·         Rusiya – 13900 dollar; ·         Qazaxıstan – 13194 dollar; ·         Ermənistan – 8126 dollar; ·      ...

Seçilmiş Videolar

Toplum TV loqo