İqtisadiyyat

Xaricdən gətirilən hər 1 ədəddən artıq telefon üçün 100 manat rüsum alınacaq

21 Noyabr, 2025
123

Foto: açıq mənbə

Xaricdən şəxsi istifadə üçün Azərbaycana gətirilən hər 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. 

APA-nın xəbərinə görə, bu, Milli Məclisin noyabrın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Eyni zamanda, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər biri üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Lakin fiziki şəxslər şəxsi istifadə üçün aksiz ödəmədən 1 il ərzində 1 mobil cihaz gətirə bilərlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Ərzaq və qeyri-ərzaq satışlarında artım: tibbi xərclər 1,4 milyard manatı keçib

11 Dekabr 2025

Foto: açıq mənbə

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon manatlıq məhsul satılıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bunun 31 milyard 937 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 26 milyard 634 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşür. 2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.  DSK bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib. Artımın müşahidə edildiyi sahələrdən biri də tibbi xərclərdir.  2025-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 424 milyon manatdan çox vəsait xərclənib.  Ötən...
İqtisadiyyat

Azərbaycanda su idarəçiliyi böhranı: qurumlar dəyişdi, sistem dəyişmədi

10 Dekabr 2025

Foto: president.az

Azərbaycanda suvarma kanallarının əksəriyyətinin torpaq məcralı olması uzun illərdir ki, kənd təsərrüfatında problem olaraq qalır.  Prezident İlham Əliyev hələ 2021-ci ildə deyirdi ki, torpaq kanallardan “canımızı qurtarmalıyıq”.  “Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin", - deyə ölkə başçısı “Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) o vaxtkı başçısı Zaur Mikayılovu qəbul edərkən...

Seçilmiş Videolar

Toplum TV loqo