Multimedia

Zeyvə sakini Şərur kanalından sızan suyun evlərə təhlükə yaratdığını deyir

21 noyabr, 2026
17

Zeyvə kəndinin sakini Şərur kanalından sızan suyun ərazidə gölməçə yaratdığını, evlərə və əkin sahələrinə təhlükə törətdiyini deyir. Onun sözlərinə görə, uzun illərdir davam edən problemlə bağlı müraciətlər nəticəsiz qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Kartof-soğandan tutmuş kompüterə qədər hər şey uçota alınacaq: Məqsəd nədir?

20 noyabr 2026
Gələn ildən Azərbaycanda həyətyanı təsərrüfatlarda yetişdirilən tərəvəzlərdən tutmuş evlərdəki planşetlərə qədər hər şey uçota alınacaq. Bu, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun oktyabrın 13-də imzaladığı qərarda öz əksini tapıb.
Multimedia

 

Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülh gündəliyini dəyişə bilərmi?

14 noyabr 2026
 İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma istiqamətində irəliləsə də, zaman-zaman gərginliklər müşahidə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin ötən ay xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini “Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi” adlandırması da belə məqamlardan biri olub. Bu açıqlama “Sülh körpüsü” təşəbbüsünün sonuncu görüşünün təxirə salınması fonunda hər iki cəmiyyətdə suallar yaradıb. Qarşılıqlı etimadı artırmaq məqsədi daşıyan təşəbbüs iki ölkənin ekspertləri müəyyən müddətdən bir dialoq masasına əyləşdirirdi. Hər iki ölkə nümayəndələrinin iştirak etdiyi görüşlər növbə ilə Azərbaycan və Ermənistanda keçirilirdi.

Seçilmiş Videolar

Toplum TV loqo