Foto: açıq mənbə
Sentyabr 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru Ramin İsayevin işi üzrə yekun məhkəmə prosesi keçirilib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, R.İsayevə 14 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunub.
Cinayət işi üzrə üç qurum – "SOCAR-AQŞ", "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC zərərçəkmiş qismində tanınıb.
R.İsayev 54 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə günahlandırılıb.
Cinayət işində iddia olunur ki, o, xeyli qohum və tanışını kağız üzərində işə götürərək büdcə hesabına onlara yüksək maaşlar verib və müxtəlif şəxslərin adına şirkətlər yaradaraq tenderlərdə qalib elan edib.
Onun həyat yoldaşı, qardaşı, bacısının övladları və başqa qohum və tanışlarının adları da cinayət işində keçib.
R.İsayev məhkəmədə ittihamları qəbul etməyib. O bildirib ki, dövlət işçisi olmazdan əvvəl bizneslə məşğul olduğuna görə xeyli gəlir əldə edib və özünə və ailə üzvlərinə əmlaklar alıb.
Qazma işləri gerçəkləşdirən "SOCAR –AQŞ" MMC 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilib.
R.İsayev 2009-2020-ci illərdə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsində çalışıb. Vəzifəsindən çıxarılandan sonra isə o, Türkiyəyə köçüb və burada Ramin Hakan adı ilə vətəndaşlıq alıb.
R.İsayev eyni zamanda Harvard Universitetinin məzunudur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: VOA
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib