Manşet

Əhməd Məmmədlinin gözündə çürümə olduğu bildirilir 

9 Sentyabr, 2025
49

Foto: VOA

Həbsdə olan jurnalist və ictimai fəal Əhməd Məmmədlinin bir gözündə çürümə getdiyi bildirilir. 

Bu barədə Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi fəalın vəkili Elçin Sadıqovun tibbi təminatla bağlı müraciətinə cavab verib. Qeyd olunub ki, mayın 29-da Məmmədlinin saxlanıldığı təcridxanaya dəvət edilmiş oftalmoloq tərəfindən fəala "xorioretinal distrofiya" diaqnozu qoyularaq ambulator təyinat verilib. 

Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi xatırladır ki, fəal genetik astma xəstəsidir və saxlanılan zaman polisin etdiyi işgəncə zamanı əvvəllər əməliyyat edilmiş gözlərindən zərbələr alıb. 

“İşgəncədən sonra onun bir gözü tamamilə bulanıq görür. Həmçinin, 3 sentyabr 2025-ci ildə Əhməd Məmmədli barəsində qondarma cinayət işi üzrə məhkəmə iclası təxirə salındı. Bununla da, Əhmədin həbsdə qalmaq müddəti daha da uzanır, bu vəziyyət isə Əhmədin sağlamlığı üçün təhlükəlidir. Həbsxana şəraiti Əhməd Məmmədlinin sağlamlıq vəziyyəti üçün uyğun deyil. Əhmədin ev dustaqlığına buraxılmasını tələb edirik”, - deyə komitə müraciət edib. 

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. 

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb 

9 Sentyabr 2025

Foto: VOA

“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova Norveç və Almaniya təşkilatlarının həmtəsis etdiyi mükafata layiq görülüb.  Sentyabrın 9-da dərc edilən press-relizdə Norveçin “Fritt Ord” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondları Absalamova da daxil olmaqla müxtəlif ölkələrdən olan bir qrup jurnalisti “Azad Media” mükafatına layiq görüb.  Press-relizdə qeyd olunur ki, Absalamova “Abzas Media”dakı “cəsarətli reportajları və qısa sənədli filmlərinə görə” mükafatlandırılıb.  “O, xüsusilə, iqlim məsələləri, korrupsiya və sosial hüquqlar barədə xəbərlər hazırlamağa özünü həsr edib. Absalamova həssas yerli icmalardan olan insanların, həmçinin ayrı-seçkiliyin qurbanı olan qadınların və gənclərin səsinə səs verib. Onun videoreportajları sosial mediada milyonlarla baxış toplayıb və vətəndaş cəmiyyətinə...
Manşet

54 milyonluq yeyintidə təqsirləndirilən SOCAR işçisinə 14 il hökm oxunub 

8 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabr 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru Ramin İsayevin işi üzrə yekun məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, R.İsayevə 14 il həbs cəzası verilib.  O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunub.  Cinayət işi üzrə üç qurum – "SOCAR-AQŞ", "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC zərərçəkmiş qismində tanınıb. R.İsayev 54 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə günahlandırılıb.  Cinayət işində iddia olunur ki, o, xeyli qohum və tanışını kağız üzərində işə götürərək büdcə...

Seçilmiş Videolar

Toplum TV loqo